Ermənilər Kəlbəcərdən köçmək üçün niyə əlavə vaxt istədi? - SƏBƏBLƏR

15 noyabr, 2020 18:02

Noyabrın 10-da imzlanamış üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) bəyanata əsasən Kəlbəcəri tərk edən erməni əhalisi biabırçı hərəkətləri ilə dünya mediasının gündəmindədir. Belə ki, daşıya biləcəkləri əşyaları, hətta unitazları belə maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırıblar. Bu, həm Azərbayan, həm də bir çox xarici ölkələrdə sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub. Bu gün isə məlum olub ki, ermənilər Kəlbəcərdən köçmək üçün Azərbaycan tərəfindən daha 10 gün vaxt istəyib.

Elə bu günlərdə “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov azərbaycanlılarla ermənilərin Kəlbəcəri tərk etmələrini müqayisə etmişdi. O bildirmişdi ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın köçürdü.

Ermənilərin budəfəki məqsədi isə hələ 90-cı illərdə  Kəlbəcər uğrunda gedən döyüşlərdə qətlə yetirilmiş azərbaycanlıların meyitlərinin gizlətməkdir.

Elə buna görə ermənilər təcili imzalanmış bəyanatda onların Kəlbəcərdən köçmələrinə 5 gün verilməsinə baxmayaraq, əlavə 10 gün vaxt istəyiblər. Görünür, bu, onların törətdiyi əməlləri gizlətmələri üçün kifayət etmir...

Qeyd etmək lazımdır ki, Kəlbəcərin Ağdaban kəndinin qadınları hələ 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir götürmüşdü. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilməyib, işğal olunub. 39 nəfər kənd sakini qəddarcasına öldürülüb, 5 nəfər girov götürülüb, 100-dən artıq ev yandırılıb. 1993-cü ilin mart ayında düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutub. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırıblar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxıblar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi.

İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb, 100-lərlə adam şikəst olub. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR