Azərbaycan Arayik Arutunyanı niyə həbs edə bilmir?

18 noyabr, 2020 16:19

Qarabağ separatçılarının başçısı Arayik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib.
Amma Arayik Arutunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb. O, Xankəndində əlini-qolunu sallayaraq gəzməkdə, az qala hər gün bölgədəki Rusiya sülhməramlılarının rəhbərlərilə görüşlər keçirməkdədir. Separatçıların lideri Azərbaycan Respublikasına qarşı pozuculuq əməllərini davam etdirir...

Bəs onu necə həbs etmək olar?

Azsiyasət.com xəbər verir ki, “Konstitutsiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev modern.az-a bu prosedur barədə açıqlama verib:
“Baş Prokurorluq tərəfindən seperatçıların rəhbəri Arayik Arutunyana qarşı cinayət işi açılıb. Mən inanıram ki, cinayət işinin başa çatdırılmasında problem olmayacaq. Arayik Arutunyana müharibə cinayətlərinin baş verməsinin ən birinci səbəbkarlarındandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “İnsanlıq əleyhinə” adlı fəsildə bu barədə nəzərdə tutulmuş maddələr var.  

Qanunsuz hərbi əməliyyatların hazırlanması və həyata keçirilməsi prosesində birbaşa Arayik Arutunyan məsuliyyət daşıyır. O, Cinayət Məcəlləsinin 100-cü maddəsinə əsasən, quldurların, muzdlu döyüşçülərin Azərbaycana gətirilməsi prosesində iştirak etməsinə görə də məsuliyyətə cəlb oluna bilər. Həmçinin,  humanitar hüququn pozulması ilə bağlı, eyni zamanda 120-ci maddəyə görə ailə, uşaq, qadınların kütləvi qətlində bilavasitə iştirakına görə də haqqında cinayət işi açıla bilər.

Gəncə və digər şəhərlərimizə atəş açaraq, insanların məhv edilməsinə Arahik Arutunyan əmr verib. Bildiyim qədər ilə bu barədə Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdı”.
 

Hüquqşünasın sözlərinə görə, Araik Arutunyanın Dağlıq Qarabağda fəaliyyətinin davam etdirilməsi yol verilməzdir:


“Ümumiyyətlə, bu şəxs hərbi canidir, uşaq qatilidir. Cinayət Məcəlləsinin müvafiq maddələrilə həmin şəxsi məsuliyyətə cəlb etmək mümkündür. Azərbaycan Respublikası bu istiqamətdə müvafiq strukturlarla yaxın zaman çərçivəsində hərəkətə keçəcək. Dövlətimiz Araik Arutunyanın həbs edilməsi ilə bağlı hər bir addımı atacaq. Arayikin qanunsuz fəaliyyətini Dağlıq Qarabağda davam etdirməsinin qarşısı alınmalıdır.

Sülhməramlılar və onların rəhbərləri də bu barədə çox diqqətli olmalıdırlar. Sülhməramlıların digər vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir.

Mən hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni sülhməramlılar qarşısında qaldıracaq və onlar da Arayik Arutunyanın həbs edilməsinə dəstək verəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR