Türkiyə Ordusunun Qarabağa gəlməsi nəyi dəyişəcək? - “Hər hansı təxribat olarsa...“

21 noyabr, 2020 12:27

Ötən gün Türkiyə Silahlı Qüvvələrinə məxsus A-400M  hərbi təyyarəsi Lənkəran hava limanına enib. Bu isə Türk Ordusunun Azərbaycanda olmasından xəbər verir. Həmçinin Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bu gün mətbuata açıqlamasında qeyd edib ki, quru qoşunların Azərbaycana göndərilməsi üçün bütün işlər tamamlanıb. Nazir ən tez zamanda Dağlıq Qarabağa əsgər göndəriləcəyini vurğulayıb.

Sözügedən məsələ ətrafında danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bir-birinə tamamilə inteqrasiya olunub:

“Türk Ordusu ilə biz sıx əməkdaşlıq içərisindəyik. Onlar demək olar ki, 1992-ci ildən daima bizimlə bir yerdə olublar. Birinci Qarabağ müharibəsində, silahlı qüvvələrimizin ilk formalaşmağa başlayanda, tədris müəssisələri yaradılanda, həmçinin NATO-ya inteqrasiya zamanı biz Türkiyəni dəstəkçi kimi yanımızda görmüşük. Türk Silahlı Qüvvələri ilə tez-tez müştərək təlimlərimiz baş tutur. Onlar bizim ordunun daxilində, bizim nümayəndələr isə Türkiyədəki hərbi təlimlərdə iştirak ediblər. 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” saziş imzalanıb. Bu müqavilədə əsas yeri hərbi məsələlər tutur, sazişə əsasən, Türkiyə strateji tərəfdaş kimi təhlükəsizlik məsələlərində daima Azərbaycanın yanındadır. Həmçinin qanunda türk əsgərlərinin Azərbaycana gəlməsi də öz əksini tapır”.

Həmsöhbətimiz hesab edir ki, Vətən müharibəsi zamanı Türkiyə kimi güclü dövlətin Azərbaycanın arxasında olması bizi böyük risklərdən qorudu:

“Hazırda qələbə çalan Azərbaycan Ordusu artıq yeni bir mərhələyə qədəm qoyub. Bu atəşkəs mərhələsində Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisində yerləşdirildi. Bu səbəblə də Türkiyənin həmişəki kimi Azərbaycanın yanında olması təbii haldır. Hazırkı həssas məqam nəzərə alınaraq Rusiya sülhməramlılarının burada olması və Türkiyənin monitorinq qrupunda yer alması ola biləcək hansısa təxribatın beynəlxalq səviyyədə də qarşısının alınmasında mühüm rol oynayır. Bu, lazımi bir addımdır”.

Hərbi ekspert bildirib ki, hansı ordu ilə təmasda olmaq, kimlə hansı səviyyədə əlaqə qurmaq Azərbaycanın suveren hüququdur:

“Məlumdur ki, Türkiyə Ordusunun F-16 təyyarələri də hələ müharibə dövründən buradadır. Bu, bizə mənəvi dəstəyin göstəricisidir və Azərbaycan-Türkiyə birliyini nümayiş etdirir. Bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisi Azərbaycanda türk əsgərlərinin xidməti ilə bağlı qərar qəbul etdi və bu qərar artıq təsdiqlənib. Məhz bu qərarın ortaya çıxması da Türkiyə-Azərbaycan dostluğu hansı səviyyədə olduğunu açıq şəkildə göstərir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR