Səfirlər, hərbi attaşelər Füzuliyə gedir
22 noyabr, 2020 13:03

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur.
Azsiyasət.com xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında yazıb.
Prezidentin köməkçisi bildirib ki, səfərdə 120-dən artıq diplomat iştirak edir.