Moskvada yaşayan azərbaycanlı iş adamı hərbçinin banka olan borcunu bağladı

24 noyabr, 2020 22:16

44 gün davam edən 2-ci Qarabağ döyüşlərində düşmənə qarşı göstərdiyi qəhramanlıqla ad çıxaran, sosial şəbəkələrdəki videoları ilə məşhurlaşan XTQ-nin 31 yaşlı zabiti Əli Kərimovun banka olan kredit borcunu Moskvada yaşayan gənc iş adamı Xəzər Qarayev tam ödəməyi öz üzərinə götürüb. 
Qeyd edək ki, Xəzər Qarayev uzun illər fəal diaspora fəaliyyəti ilə məşğuldur, o, hal-hazırda Moskva Azərbaycanlıları İcmasının icraçı direktorudur.

Onu da vurğulayaq ki, gənc həmvətənlimiz dünyanı cənginə alan COVİD-19 pandemiyası dövründə də davamlı olaraq, Rusiyadakı və Azərbaycandakı soydaşlarımıza maddi dəstək göstərib. X.Qarayev həm Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən miqdarda vəsait köçürməklə yanaşı, cəbhədə döyüşən zabit və əsgərlərimizin ailələrinə də ayrı-ayrılıqda maddi dəstək göstərib.


X.Qarayev bildirib ki, Əli Kərimovun döyüşlərdə düşmən zabitini və onlarla düşmən əsgərini öldürməsi, özü yaralı olduğu halda yaralı əsgər yoldaşını 17 km məsafəyə qədər çiynində daşıyaraq onun yaşamasına nail olması onu qürurlandırıb.


Qəhraman zabitimiz skayp vasitəsi ilə Xəzər Qarayevlə danışan zaman ona bu diqaətinə görə təşəkkür etsə də, X.Qarayev təşəkkürə ehtiyac olmadığını, Əli kimi qəhraman əsgərlərimizin Vətən uğrundan canlarını ortaya qoyaraq düşməni diz çökdürmələri qarşılığında onların daha çox diqqətə layiq olduğunu bildirib.

Redaksiya olaraq Xəzər Qarayevə bu nəcib addımına görə biz də təşəkkür edirik. 

Veteninfo.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR