Bizi qarşıda ağır mərhələ gözləyir - Dövlət qurumları nə etməlidir?

25 noyabr, 2020 12:59

Azərbaycan ordusu 44 gün ərzində anti-terror əməliyyatları reallaşdırdı, müharibədə şəksiz qələbə əldə etdik və hazırda dövlət bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalanır. Hər şey bununla bitirmi? Xeyr! Hələ qarşıda bizi ağır və məsuliyyətli bir mərhələ gözləyir. Müharibənin fəsadlarının aradan qaldırılması prioritet məsələ olmalıdır. Ermənilərin dağıtdığı şəhər və kəndlərimiz yenidən bərpa olunacaq. Müharibə bir dövlətə gün ərzində on milyonlarla vəsaitə başa gəlir. Şəhidlərlə bağlı həyata keçirilən təxirsalınmaz addımlar, onların ailələrinin imtiyazlarının müəyyənləşdirilməsi, yaralı əsgər və zabitlərin müalicəsi, hərbçilərin sosial təminat məsələlərinin həlli başlıca vəzifə kimi qarşıya qoyulmalıdır. Və bütün bunlar milyardlarla pul və bir neçə il vaxt tələb edir. Dövlət başçısı İlham Əliyevin müharibə dövründə ölkənin BİRİNCİ ƏSGƏRİ kimi əldə etdiyi qələbə, eyni zamanda, Onun bu günə qədər şəhid ailələrinə, qazilərə göstərdiyi qayğı onu deməyə əsas verir ki, bütün bu işlərin hamısı həyata keçiriləcək, müharibənin fəsadları da aradan qaldırılacaq, əhalinin sosial təminatı istiqamətində də ciddi addımlar atılacaq.

Lakin burada əsas amillərdən biri bütün bunlarla bağlı müvafiq dövlət qurumlarının öz işlərinin öhdəsindən layiqincə gəlmək məsələsi olacaq. Bir daha xatırlatmaq yerinə düşər: Biz şəhidlərimizin qanı bahasına tarixi qələbə əldə etmişik və bu qələbəyə kölgə salan istənilən məmurun, dövlət qurumunun fəaliyyəti dərhal ifşa olunmalıdır. Dövlət qurumları nə etməlidir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və qazilərimizlə bağlı elə bir şəffaf iş qurmalıdır ki, kiçik narazılıq belə olmasın. Onların sosial təminatı heç bir süründürməçiliyə yol vermədən, bürökratik əngəl olmadan həyata keçirilməlidir. “Məmur xalqın quludur” devizi bu dəfə daha çılpaq şəkildə reallaşmalıdır. Bu müharibə nəticəsində Prezident İlham Əliyev təkcə ölkəmizdə deyil, bütün dünyada daha ciddi siyasi etalona çevrildi. Ona görə də hər hansı məmur sosial narazılıq yaradaraq Onun gördüyü işlərə kölgə salacaqsa, bu bağışlanmaz səhv olacaq.

Azərbaycanda kino sənayesində inqilab olmalıdır. Mədəniyyət Nazirliyi bu işə rəhbərlik etməlidir. Müharibədən, qazilərimizin, şəhidlərimizin döyüş yolundan, həyatından bəhs edən qısametrajlı filmlər çəkilməlidir. Milli kino fondumuza tarixi bəddi film bəxş olunmalıdır. Telekanallara serial çəkilişi üçün ayrılan pulların təyinatı dəyişdirilməlidir. Telekanallarda yersiz, bayağı serialların, filmlərin istehsalı dayandırılmalıdır. Müharibə cəbhədə bitib, amma ermənilərin dayanan deyil, onlar bütün dünyada özlərinin “haqlı” olduğunu sübut etmək üçün geniş fəaliyyətə başlayacaqlar. Nəzərə almaq lazımdır: bircə “Pianoçu” filmi yəhudilərin bütün dünyada və almanlar üzərində ideoloji qələbəsini təmin etmiş oldu.

TƏBİB və Səhiyyə Nazirliyi yaralı hərbçilərimizin müalicəsi ilə bağlı operativ və şəffaf fəaliyyət ortaya qoymalıdır. Xüsusilə də, zaman-zaman ortaya çıxan keyfiyyətsiz protez problemi bundan sonra gündəmdə olmamalıdır, narazılığın da olmaması üçün bəribaşdan keyfiyyətli və müasir protezlərdən istifadə olunmalıdır. Xəstəxanalarda süni şəkildə yaradılan, xırda problemlər birdəfəlik aradan qaldırılmalıdır.

Xarici İşlər Nazirliyi və Diaspora Komitəsi birlikdə hərəkətə etməli, Azərbaycanın xarici ölkələrdəki mədəni tədbirlərinə üstünlük verməlidir. Ermənilər tərəfindən dağıdılmış ərazilərimizin bütün dünyada nümayiş etdirilməsi vacibdir. Xüsusilə, Avropa ölkələrində sürətli və tanıtım, təqdimat xarakterli layihələr icra olunmalıdır.

Müharibədən sonra ilk narazılıq səsləri rayon icra hakimiyyətləri ilə fonunda eşidilir. Artıq bir neçə rayonun icra başçısının şəhid ailələrinə, yaralı hərbçilərimizə qarşı laqeyd münasibəti ilə bağlı müəyyən narazılıqlar da ictimailəşib. Şəhidlərin dəfn xərci üçün dövlət vəsait ayırıb, icra hakimiyyətləri heç bir süründürməçiliyə yol vermədən şəhid ailələrin hələki bu gün üçün zəruri olan problemlərini yerindəcə həll etməlidir. Qarabağ azad edilməsi müqəddəs işdir, bu müqəddəsliyə kölgə salmaq istəyən istənilən məmur, icra başçısı ən ciddi şəkildə cəzalandırılmalıdır. Yaxşı olardı ki, rayon icra hakimiyyətləri ilə bağlı radikal qərarlar qəbul edilsin, çünki sosial narazılıqların səbəblərinin əsas mənbələrindən biri rayon icra hakimiyyətləridir.

Samir FEYRUZOV 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR