Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR
27 noyabr, 2020 00:30

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin istehkamçıları Xankəndidəki (Stepanakert) bütün orta məktəbləri minalardan təmizləyiblər.
Azsiyasət.com xəbər verir ki, bunu “Rossiya-24” telekanalının efirində Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
Rus generalının sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Xankəndi və digər yaşayış yerlərindəki bütün təhsil və uşaq-tərbiyə müəssisələrini minalayıblar.