Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...

27 noyabr, 2020 10:40

"Azərbaycan və Ermənistan arasında yeni sərhəd hələ müəyyən olunmayıb. Sərhədin tam müəyyənləşdirilməsi üçün dövlətlər arasında razılaşma olmalıdır. Belə bir razılaşma olmadığından  ermənilərin sərhədi bir metr də belə olsa. dəyişmək ehtimalı və istəyi hər zaman ola bilər".


Azsiyasət.com xəbər verir ki, bu sözləri Ermənistan və Azərbaycan arasında sərhədin bərpa olunması haqqında danışarkən Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun üzvü Əvəz Həsənov Modern.az-a açıqlamasında deyib:
"Azərbaycan tez bir zamanda nəzarətə götürdüyü sərhəd bölgəsinin ərazisini müəyyən etməlidir. Sərhədi pozmağa ermənilər onsuz da cəhd edəcəklər. Görsələr ki, boş ərazidir, Azərbaycan hələ sərhəddi bağlamayıb, pozmağa cəhd edəcəklər. Buna görə də dövlətimiz bu məsələni tələsdirməlidir. Əgər sərhəd pozuntusu olacaqsa, bunun qarşısını bizim əsgərlərimiz, sərhədçilərimiz almalıdır. Danışılmalıdır ki, ermənilər bu xülyaya düşməsinlər. Bizim məqsədimiz odur ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərlə münasibətləri normallaşdıraq. Onları Azərbaycanda yaşayışa inandırıb, ram edə bilək".
Ə.Həsənov qeyd edib ki, sərhəddə rus sülhməramlıları olmasına baxmayaraq, ermənilər bizim sərhəddədirlər yəni nəzarətimiz altındadırlar:


"Biz ermənilərə sərhəddə, keçid məntəqəsində də nəzarəti gücləndirə bilsək, onlar artıq pozuntu edə bilməyəcəklər. Ermənistan özü bizə müharibə elan edə bilər, amma bu vəziyyətdə çox da inandırıcı görünmür. Bu vəziyyətdə artıq Qarabağ olmayacaq. İndiki zamanda ermənilərin belə bir addım atması real görünmür. Gələcəkdə bəlkə də nə vaxtsa belə bir addım ata bilərlər, ancaq indi mümkünsüzdür".

Qeyd edək ki, Ermənistan Kəlbəcər rayonunda artıq belə bir təxibata əl atıb. İşğalçılar Kəlbəcəri tərk edərkən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya edilməməsindən istifadə edərək, Zod qızıl yatağı ərazisindən öndə böyük darvaza yerləşdiriblər. Düşmənin məqsədi azərbaycanlı hərbçilərin Zod qızıl yatağı ərazisinə daxil olmasını əngəlləmək və o yeri özününküləşdirmək olub. Bu, dövlət sərhədinin Kəlbəcərdən keçən hissəsinin təxminən 1,5 km irəli çəkilməsi demək idi.
Ancaq Azərbaycan hərbçiləri Zod yatağına gedən yolda qoyulmuş darvazanı açaraq, köhnə dövlət sərhədinə doğru irəliləyib. Əsgərlərimiz ermənilərdən bizə məxsus ərazini - Zod yatağını boşaltmağı tələb ediblər. Burada isə mübahisə düşüb. Hazırda mübahisə Rusiya sülhməramlılarının iştirakı ilə araşdırılır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR