Bayrağa görə qovulan tələbə BDU-ya BƏRPA OLUNDU
30 noyabr, 2020 01:01

Onlayn dərs zamanı dövlət bayrağını başına keçirib rəqs etdiyi üçün qovulan tələbə universitetə bərpa olunub.
Azsiyasət.com xəbər verir ki, bu barədə onun tələbə yoldaşları məlumat veriblər.
Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetdə təhsilini davam etdirəcək.
Qeyd edək ki, noyabrın 28-də Pərviz Məhəmmədov BDU-ya çağırılaraq onunla söhbət aparılıb. Daha sonra onun əməlinə görə üzürxahlıq etdiyi videomüraciət yayılıb.