Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək
03 dekabr, 2020 10:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.
Azsiyasət.com xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq Meydanında hərbi parad keçiriləcək.