“Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən” - Polad Həşimovun xanımı

27 iyul, 2020 11:05

“Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim belə insanlar yoxdur, yaşamır”.

"Azsiyasət.com" xəbər verir ki, bu sözləri şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova “Real TV”nin “Profil” verilişində danışıb:

“Polad Həşimovla 17 il bir yerdə yaşadım. Gördüm ki, o həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox əməlində göstərirdi. Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər söyləmirdi. Əsgərlərinə həmişə “balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o yoxdur. Hamısında biz təkik. Çünki o ancaq səngərdə, əsgərlərinin yanında olurdu”.

Şəhidin xanımı Polad Həşimovun Aprel döyüşlərində yaralanmasından da bəhs edib:

“Aprel döyüşləri 4 gün davam etdi. 4 gün sonra o mənə zəng etdi ki, hər şey yaxşıdır. Amma sonra 20 gün müddətinə gəlmədi. Evə gələndə yerişində problem olduğunu gördüm. Ancaq yaralanmasını yenə də bizə bildirmədi.

Onun bu həyatına artıq öyrəşmişdim. Onu heç vaxt bezdirmirdim ki, evə niyə gəlmirsən, niyə evdə olmursan deyə. Çünki onu tanıyırdım. O həmişə əsgərlərinin yanında olub”.

O.Salmanova 12 iyul hadisələrini belə xatırlayıb:

“Biz həmin vaxt Şəmkirdə idik. Axrıncı dəfə Poladla iyunun 29-da ayrılmışdıq. Bizi yola saldı, işə tələsdi. Bir neçə dəfə telefonla danışmışdıq. 12 iyuldan sonra onunla danışa bilmədik. Polad telefon işlətmirdi, bizimlə özü əlaqə yaradırdı. Gördük ki, bir neçə gün keçib mesajlarımıza cavab vermir. Sən demə, bu hadisə baş verib. Bizim üçün çox qəfil oldu”.

Ofelya Salmanova Polad Həşimovla təxirə salınan toy tarixindən də danışıb:

“Bizim toyumuza çox az qalmışdı. Amma gəlib dedi ki, Türkiyəyə təhsil almağa getməlidir. O, hər şeyi ləğv etdi və təhsil almağa getdi. Onun vətənpərvərlik hissi o qədər güclü idi ki, o, şəxsi məsələlərinin üstündən xətt çəkə bilirdi və çəkdi də”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR