Prezident Namiq Zeynalovu işdən çıxardı
08 dekabr, 2020 17:27

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Azsiyasət.com xəbər verir ki, sənədə əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Zeynalovun saxlanılaraq Bakıya gətirildiyi bildirilirdi.