General Rövşən Əkbərovdan AÇIQLAMA
10 dekabr, 2020 12:10

Vətən Müharibəsinə başlayandan sonra tanınmış general Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.
Azsiyasət.com-un verdiyi xəbərə görə, Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov Gununsesi.info-ya açıqlamasında bu məlumatı təsdiqləyib.
R.Əkbərov ətraflı danışmayacağını bildirərək hərbi xidmətdən uzaqlaşdırıldığını deyib:
“Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”.