Ramiz Rzayevin Gömrükdəki rəis qardaşı haqda SENSASİON İDDİA

15 dekabr, 2020 10:47

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2942, ev 53, mənzil 95 ünvanında qeydiyyatda olan Səməd Cəfər oğlu Niftəliyev Dövlət Gömrük Komitəsinin qanunsuz əməllərindən şikayətlənib. Belə ki, bu ilin oktyabr ayında Türkiyədən “Hyundai R380LC-9” markalı bir ədəd ekskavator alaraq, onu Azərbaycana gətirməsi üçün qardaş ölkənin vətəndaşı Kaynar Faruk adlı şəxsə etibar etdiyini deyən şikayətçinin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin əməkdaşları onun əmlakını qanunsuz olaraq mənimsəyiblər.

Səməd Niftəliyev qeyd etdi ki, Kaynar Faruk idarə etdiyi yük avtomobili ilə həmin ekskavatoru, o cümlədən ekskavator üçün nəzərdə tutulan bir neçə ehtiyat hissəsini Azərbaycana gətirərkən, 29.10.2020-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıblar: 

“Ekskavatoru alanda nasazlığı vardı. Lakin pandemiya ilə bağlı Türkiyədə çox qala, ehtiyat hissələrini orada dəyişdirə bilmədik. Buna görə də qərara gəldik ki, ekskavatorun ehtiyat hissələrini götürüb gətirək burda nasazlığı aradan qaldırarıq. Beləcə, ehtiyat hissələri ekskavatorun kabinkasına qoyduq. Özümüz isə təyyarə ilə Azərbaycana gəldik. 

Oktyabrın 30-da sürücü bizə zəng etdi və gömrükdə olduğunu bildirdi. Biz də Lökbatan qəsəbəsində yerləşən gömrük idarəsinə getdik. Sənədləşdirmə işlərinə başladıq, “rastamojka”nı ödədik və gömrüyə 17 min manat verdik. Bundan sonra ekskavatoru götürdük. Lakin məlum oldu ki, ekskavatordakı ehtiyat hissələri yerində yoxdur. Sürücüdən soruqduqda dedi ki, gömrükdə götürdülər. 

Bəlli oldu ki, “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıb, müvəqqəti saxlanca yerləşdiriblər. Kaynar Faruk həmin ehtiyat hissələrinin gömrük rüsumunu ödəməyə hazır olduğunu bildirsə də, bunun heç bir xeyri olmayıb və həmin ehtiyat hissələri gömrük əməkdaşları tərəfindən mənimsənilib. Gömrük əməkdaşları ona deyiblər ki, ekskavatorun sahibi Tovuza, ya da Gəncəyə gəlib ordan alar. 

Soruşdum ki, sənə bu barədə hər hansı bir sənəd verdilər? Bildirdi ki, heç nə vermədilər, sadəcə vəsiqəmi aparıb surətini çıxardılar, sonra “get” dedilər. Qeyd etdiyim kimi, mən bu barədə oktyabrın 30-da məlumat almışam. 31 oktyabr və 1 noyabr tarixləri qeyr-iş günləri olduğu üçün noyabrın 2-də Dövlət Gömrük Komitəsinə gedərək, komitənin rəisi Səfər Mehdiyevin qəbuluna yazılmaq istədim. Orada hadisə ilə bağlı məlumat verdikdən sonra dedilər ki, pandemiya ilə əlaqədar qəbullar dayandırıldığı üçün yazılı müraciət edin. Buna görə də geri qayıtdım və noyabrın 4-də yazılı formada müraciət etdim”.

Müraciətində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdən “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca verilmiş ehtiyat hissələrinin, gömrük rüsumunun ödənilməsi şərtilə qaytarılmasına köməklik göstərməsini xahiş etdiyini deyən Səməd Niftəliyevin sözlərinə görə, onun müraciəti baxılması üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilib: 

“Həmin idarənin rəisi Rauf Rzayev mənə 15.11.2020-ci il tarixli cavab məktubu göndərərək, bildirib ki, guya ehtiyat hissələri Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük nəzarətinə təqdim edilənədək imtina edildiyi üçün 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilib, aktda göstərilən 3 günlük müddət keçdiyinə görə həmin mallar Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən “Azərterminalkompleks” Birliyinə təhvil veriləcək. 

Halbuki, mallar Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük əməkdaşlarına könüllü şəkildə verilməyib, o aldadılmış, istədiyi vaxt gəlib malları götürmənin mümkün olacağı bildirilib. Beləliklə, o, gömrük əməkdaşlarının sözlərinə inanaraq ekskavatorun ehtiyat hissələrini təhvil versə də, indiyə qədər mallar mənə geri qaytarılmayıb. Bu səbəbdən də hələ də gətirdiyimiz texnikanı işlədə bilmirik. Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin məktubunda göstərilən 3 günlük müddətin keçməsi məndən asılı olmayan səbəblərdən baş verdiyi üçün mənə məxsus malların məhz bu əsaslarla “Azərterminalkompleks” Birliyinə təhvil verilməsi tamamilə qanunsuz və əsassızdır. Bu, həm də mənim konstitusion hüquqlarımın kobud şəkildə pozulması deməkdir”.

Üzləşdiyi problemin yoluna qoyulması məqsədiylə Dövlət Gömrük Komitəsində Ümid Hüseynovla görüşdüyünü deyən şikayətçi bildirdi ki, bunun da heç bir faydası olmayıb: 

“Bundan sonra təkrarən bir neçə dəfə Dövlət Gömrük Komitəsində olsam da, ancaq qurumun rəisi Səfər Mehdiyevin qəbuluna düşə bilmədim. Hər dəfəsində hələlik görüşün olmadığını bildirdilər. Orda Mübariz adlı bir şəxs vardı, o dedi ki, Qərb Ərazi Baş Gömrük İdarəsi ilə danışmışıq, gedin malınızı götürün. Beləcə, Gəncəyə yola düşdüm. Qərb Ərazi Baş Gömrük İdarəsinə çatdıqda oranın rəisi Rauf Rzayev bizi qəbul etmədi. Bir neçə saat gözlədikdən sonra yenidən görüşə cəhd etdik. Lakin yenə onunla görüşümüz alınmadı. 

Bu zaman idarənin əməkdaşlarından birinin yardımı ilə Rauf Rzayevin müavini və ya köməkçisi olan Əli Eminbəyli ilə telefonla əlaqə saxladım. O isə dedi ki, mümkün olan iş deyil, bu mallar sizə verilməyəcək. Bildirdi ki, mənə məxsus olan mallar hərraca gedəcək, ancaq ordan ala bilərəm. Bir sözlə, gömrük əməkdaşları mallarımı qaytarmaq niyyətində deyillər. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəldim. Lakin sonra dedilər ki, Rauf Rzayevlə bağlı məhkəməyə müraciət etməyin heç bir əhəmiyyəti yoxdur. Çünki o, Ali Məhkəmənin sədri Ramiz Rzayevin qardaşıdır və heç bir məhkəmə onun qardaşının əleyhinə qərar verəcək gücdə deyil”.

Türkiyə vətəndaşı Kaynar Farukun da Dövlət Gömrük Komitəsinə gələrək, ekskavatorun ehtiyat hissələrinin ona məxsus olmadığını və həmin mallardan imtina etmədiyini bildirdiyini deyən Səməd Niftəliyev qeyd etdi ki, qurumdan onlara malların geri qaytarılmasının mümkünsüz olduğu bildirilib: 

“Dedilər ki, mallar qırmızıya düşüb. Əgər bu və ya digər mal qırmızıya düşdüsə, gömrükdə onu qeyri-qanuni özəlləşdirir, bundan sonra isə öz anbarlarına qoyurlar. Daha sonra isə istədikləri adama verirlər. Mən gömrükdə də dəfələrlə qeyd etdim ki, həmin ehtiyat hissələri satış məqsədi üçün gətirilməyib, onlar məhz gətirilən ekskavatorun ehtiyat hissələri olub. Lakin buna rəğmən, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevə müraciət edərək, 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilmiş malların gömrük rüsumunun ödənilməsi şərtilə mənə qaytarılması barədə göstəriş verməsini xahiş etsəm də, buna əhəmiyyət verən olmadı. 

Sizi inandırım, bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsində döymədiyim qapı, müraciət etmədiyim adam qalmayıb. Ən sonda dedilər ki, bu, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin öz göstərişidir, bizim – Dövlət Gömrük Komitəsinin ona gücü çatan deyil. Bildirdilər ki, məsələni ancaq orda, yəni, Qərb Ərazi Baş Gömrük İdarəsində həll etmək olar. 

Dedilər ki, bunun üçün sən ancaq Rauf Rzayevə “xod” tapmalısan. Vallah, mən ona necə “xod” tapmaq lazımdır, onu bilmirəm. Əlimdə gömrük bəyannaməsi və digər müvafiq sənədlər olduğu halda, hazırda çarəsiz qalmışam, mənə məxsus olan mallar qanunsuz olaraq mənimsənilsə də, problemi həll edən, hüquqlarımın bərpası istiqamətində kömək edən yoxdur. Odur ki, sizin vasitənizlə yenidən Dövlət Gömrük Komitəsinə və digər müvafiq qurumlara müraciət edir, mənə məxsus malları müvəqqəti saxlanca qanunsuz olaraq yerləşdirmiş gömrük əməkdaşları barəsində qanuni tədbirlər görülməsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin qanunsuz əməllərinə son qoyularaq, 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilmiş malların gömrük rüsumunun ödənilməsi şərtilə mənə qaytarılmasında yardımçı olmalarını xahiş edirəm”.

Səməd Niftəliyevin dediklərindən belə qənaətə gəlmək olar ki, Dövlət Gömrük Komitəsi dövlətin qanunlarıyla deyil, sanki “mafiya qanunları” ilə idarə olunur. Əks halda, qardaşına arxalanan və bu səbəbdən də toxunulmazlıq qazandığını düşünən Rauf Rzayev vətəndaşın əmlakını mənimsəməz, qanunun aliliyini hər şeydən üstün tutardı. Dövlət Gömrük Komitəsində işlərin heç də arzuolunan səviyyədə getmədiyini, qanun şah yox, şahın qanun olduğunu, neqativ halların geniş vüsət aldığını təsdiqləyən digər fakt isə adıçəkilən qurumun rəisi Səfər Mehdiyevin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinə sözünü keçirə bilməməsidir. 

Görünür, Səfər Mehdiyev Ali Məhkəmənin sədri Ramiz Rzayevdən çəkindiyi, ehtiyat etdiyi üçün onun qardaşı Rauf Rzayevə “gözün üstə qaşın var” deyə, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin qanunsuz əməllərinə qanunamüvafiq formada reaksiya verə bilmir. Biz bunu qəti əminliklə deməsək də, hər halda Dövlət Gömrük Komitəsinin dəhlizlərində gəzən söh-söhbət məhz bu yöndədir.

“Hürriyyət” qəzeti

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları