Qarabağda təxribat hazırlanır

17 dekabr, 2020 01:57

Ermənistanda Dağlıq Qarabağda Rusiya ilə Azərbaycanın toqquşmasında maraqlı olan qüvvələr var.

Azsiyasət.com xəbər verir ki, bunu Rusiyanın “İnfo24” nəşrinə hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bu məqsədlə regionda Rusiya sülhməramlılarının yerləşdiyi zonada təxribatlar törətməyə cəhd edə bilərlər.

"Yerevanda və onun hüdudlarından kənarda müəyyən dairələr var ki, onlar Rusiya və Azərbaycanı hansısa təxribat törətməklə üz-üzə qoymaq istəyirlər. Onlar kifayət qədər nüfuzlu insanlardır və yaxşı mövqelərdədirlər. Onlar Moskva və Bakını  üzbəüz toqquşdurmaqda və bu bulanıq suda öz balıqlarını tutmağa çalışmaqda maraqlıdırlar. Məhz buna görə də "Dağlıq Qarabağ respublikası"nın statusu məsələsi yenə də ortaya çıxır, halbuki artıq bu barədə söhbət getməməlidir. Əlbəttə ki, bütün bunlar boş yerdən ortaya çıxmır. Erməni mühitində və erməni lobbiçiləri arasında hələ də bu kartla oynamaq istəyən müəyyən maraqlı qüvvələr var. Elə görünürdü ki, bu kart 44 günlük müharibənin nəticələrinə görə artıq çoxdan vurulub, lakin bu məsələ yenidən qaldırılır. Bu, vəziyyətin gərginləşməsini istəyən müəyyən qüvvələrin olduğu barədə fikirlər yaradır”, - deyə İ.Korotçenko bildirib.

İqor Korotçenko həmçinin güman edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə Rusiya, Ermənistan və Azərbaycanın imzaladığı üçtərəfli Sazişin şərtləri yenidən nəzərdən keçirilməyəcək: "Hər halda Paşinyan onların təftişini həyata keçirmək niyyətində deyil. Mən belə başa düşürəm ki, bu müzakirə olunanda və Putin ilə Paşinyan arasında telefon danışıqları olanda erməni baş naziri anlayıb ki, imzaladığı bütün işləri yerinə yetirəcək. Əslində, belə də oldu. Odur ki, Putinin böyük auditoriya qarşısında söylədiyi fikirlər Paşinyanı dəstəkləmək deyildi, amma Kreml ən azı onun boynuna gir bağlamaq və Paşinyanı dənizin dibinə göndərmək məqsədi güdmürdü. Bu yox idi. Paşinyana Kremlin bu cür münasibətinin nə qədər davam edəcəyi isə başqa məsələdir. O, çıxılmaz vəziyyətdədir... İndi onun qarşısında Moskva ilə bağlı loyallıqla (ən azı xarici) təmin oluna biləcək siyasi mənada sağ qalmaq məsələsi durur. Bu cür loyallığın elementlərindən biri üçtərəfli sazişin yerinə yetirilməsidir. Buna görə də istəsə də, istəməsə də, Paşinyan onu hər halda, yerinə yetirəcək".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR