Araik Arutyunyan Qarabağdan qaçır - Biznesi də əldən çıxdı

17 dekabr, 2020 09:46

Qarabağ separatçılarının lideri Araik Arutyunyan Dağlıq Qarabağdakı müharibəni daha tez və daha az itki ilə dayandırıla biləcəyini açıqlayıb.

Novosti Armenia” agentliyi Arutyunyanın açıqlamasını sitat gətirərək məlumat verir. Onun sözlərinə görə, bu 44 günlük müharibədə ictimai qınaq yaradan üç məsələ var.

“Əvvəla, müharibəni bu şərtlərlə 9 noyabrda bitirmək doğru idimi? Bir neçə dəfə bu suala vicdanla cavab verdim ki, o zaman alternativ böyük insan və ərazi itkiləri var idi”, - Araik Arutyunyan deyib.

Arutyunyanın sözlərinə görə, ikinci sual müharibəni nisbətən daha yaxşı şərtlərlə və daha az itkilərlə erkən bitirməyin mümkün olub-olmaması, üçüncü sual - Ermənistan silahlı qüvvələrini əvvəlcədən müharibəyə daha yaxşı hazırlamaq mümkün deyildimi? “Son iki sualın cavabları müsbətdir, amma detallarını növbəti dəfə təqdim edəcəyəm”, - Arutyunyan bildirib.

Arutyunyan istefaya hazır olduğunu da açıqlayıb, ancaq “prezident və parlament seçkilərinin çətinliklərinin öhdəsindən gəlmək” üçün şərt irəli sürüb. Eyni zamanda Arutyunyan “Azad Vətən” partiyasının sədri vəzifəsindən imtina etdiyini əlavə edib.

Məlumat üçün bildirək ki, Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Dağlıq Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin “İqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “Azad Vətən” adlı partiyanın sədri kimi separatçı rejimin “parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub. Araik Arutyunyanın evli və 3 qız övladına sahib olduğu məlumdur.

Onu da qeyd edək ki, Araik Arutyunyandan əvvəl separatçı rejimə 4 nəfər başçılıq edib. 1994-97-ci illərdə separatçıların rəhbəri, hazırda İrəvanda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub. Köçəryandan sonra separatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci ildə separatçıların rəhbəri Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan olub.

Araik Arutyunyan kasıb Qarabağda böyük sərvət sahibi olması ilə bağlı tez-tez tənqidlərə məruz qalıb. Yerli sakinlər onu bizneslə siyasəti birləşdirərək sərvət toplamaqda, uzun illər Serj Sərkisyan və Robert Köçəryanın komandasında yer alaraq, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra dərhal düşərgəsini dəyişməkdə ittiham edib.

Vaxtilə o, Xankəndindəki “Nairi” univermağının, Xocavənddə şərab zavodunun sahibi olduğunu da təsdiqləmişdi. İndi onun Xankəndindəki “Nairi” univermağı dağılıb, Xocavənddəki  şərab zavoduna isə binoklla da baxa bilmir.  Vaxtilə Qarabağda ona məxsus şirkətlərdə və torpaq sahələrində 2 minə qədər insanın çalışdığı təxmin olunurdu.  

Yada salaq ki, Qarabağ separatçılarının başçısı Araik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutyunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib.

Amma Araik Arutyunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb. O, Xankəndində əlini-qolunu sallayaraq gəzməkdə, az qala hər gün bölgədəki Rusiya sülhməramlılarının rəhbərləri ilə görüşlər keçirməkdədir. Separatçıların lideri Azərbaycan Respublikasına qarşı pozuculuq əməllərini davam etdirir.

Musavat.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"