"Qarabağda zəfərin əsl səbəbi şəhidlərimizdir" - ""Bayraktar” sadəcə vasitədir, texnikadır...”

19 dekabr, 2020 12:53

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində əldə edilmədi. Zəfərin əsl səbəbi şəhidlərimizdir. Texnologiya sadəcə bir  maşındır, texnikadır. Bu səbəblə əsgərlərimizi yetişdirən Azərbaycan xalqına təşəkkür edirəm, şəhidlərin ruhu şad olsun”.

Bu sözləri Türkiyənin “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrini istehsal edən “Baykar Holding” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

Yüksək texnoloji şirkətlərinin qurucularını və icraçı direktorlarını bir araya gətirən “World Net Summit” də çıxış edən Selçuk Bayraktara Qarabağdakı müharibədə Azərbaycan ordusunun əldə etdiyi qələbədə “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin rolu barədə soruşublar.

“Qarabağ məsələsi bizim gənclik illərimizdə adətən içimizdəki yara idi. Bu gün Azərbaycan və Türk ordularının böyük mübarizəsi sayəsində bu yara əsasən sona çatmış oldu. Burada da milli texnologiyanın, ölkəmizin işləyib hazırladığı milli texnologiyanın rol oynamış olması bizim üçün açıq desək, böyük qürurdur. 

Mən burada, hamınızın hüzurunda bu səfərin əsl sahibi olan şəhidlərimizin ruhlarını şad etmək istəyirəm. Eşq olsun Türk ordularına! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”,- Selçuk Bayraktar bildirib. 

Qeyd edək ki, Azərbaycan ordusu Qarabağdakı Vətən müharibəsində pilotsuz sistemlərin geniş çeşidini,o cümlədən hədəfləri aşkar edib onu daşıdığı yüksək dəqiqlikli raketlərlə məhv edən “Bayraktar TB2” pilotsuz zərbə təyyarələrindən geniş istifadə edib. “Bayraktar TB2” PUA-ları bundan əvvəl Suriya və Liviyadakı hərbi əməliyyatların gedişini Türkiyənin xeyrinə dəyişdirməkdə böyük rol oynamışdı.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR