“Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər...“ - Çingiz Abdullayev
20 dekabr, 2020 13:53

"Bizim aramızda pis insanlar peyda olub. Şəhid ailələrindən pul oğurlayırlar. Şəhidlər bizim yolumuzda şəhadətə qovuşublar. Ancaq bu pozğun ünsürlər onların ailələrinə, övladlarına catacaq pulları mənimsəyirlər".
Azsiyasət.com xəbər verir ki, bu sözləri Xalq yazıçısı, "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü Çingiz Abdullayev deyib. Yazıçı cəmiyyətə müraciət edib:
"Ey Azərbaycan xalqı, aldanmayın! Rəsmi olaraq yalnız ′′ YAŞAT ′′ Fondu var! Mən bu oğruları Vətən xainləri ilə bir tutardım. Mən onlara nə ad verəcəyimi bilmirəm! Aramızda Nainsanlar da var".