Zəngəzurda qarşıdurma: Paşinyanın yolunu kəsməyə çağıran Gorus meri həbs edildi

21 dekabr, 2020 12:13

Zəngilan, Qubadlı və Laçın istiqamətində Azərbaycanın Ermənistanla sərhədlərinin demarkasiyası prosesi Zəngəzurda (indiki Sünik), həmsərhəd ərazilərdə yaşayan ermənilərin baş nazir Nikol Paşinyana qarşı sərt etirazları, qarşıdurmalarla müşaiyət olunur. Belə ki, dövlət sərhədlərinin bərpasını Zəngəzurun həmsərhəd kəndləri üçün təhlükə hesab edən erməni müxalifəti əhalini Paşinyana qarşı qaldırıb. Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri hesabına hansısa “təhlükəsizlik zolağı” saxlamağa çalışırlar, lakin Ermənistan hakimiyyəti 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklər əsasında sərhədlərin sovet dövrü xəritələri əsasında demarkasiyasını həyata keçirməyə məcburdur.

Baş nazir Nikol Paşinyan dekabrın 19-da bildirmişdi ki, Ermənistan sovet dövrü sərhədlərinə çəkilməsə həmin istiqamətdə hərbi əməliyyatların başlanması qaçılmaz ola bilərdi.

Bu gün dekabrın 21-də Paşinyan məsələni əhaliyə izah etmək üçün Sünik vilayətinə səfər etməyə hazırlaşır. Səfərdən əvvəl o, Facebook-dan yayımladığı müraciətində “Ermənistan ərazilərinin bir millimetrinin də güzəştə gedilməyəcəyini” deyib. Lakin Paşinyanın işğal edilmiş Azərbaycan ərazilərindən çəkilmək qərarını “satqınlıq” hesab edən sakinlər onun vilayətə gəlişinin qarşısını almaq üçün küçələrə çıxıblar, yolları kəsiblər.

Səhər saatlarında Gorus meri Aruş Aruşanyan Paşinyanı Sünikə buraxmamaq üçün sakinləri küçələrə çıxmağa və yolları kəsməyə çağırıb. “Bazar ertsəi səhər tezdən, Yerevan vaxtı ilə saat 06.00 radələrində avtomobil kalonu Gorusdan Sünik qapılarına tərəf hərəkət edəcək ki, erməni torpaqlarını verən və bu regionun əlçatmazlığını pozan adamın vilayətə girişini dayandırsın”,-Aruşanyan gecə saatlarında yazıb.

Bundan bir neçə saat sonra Ermənistan xüsusi xidmət orqanları meri saxlayıb. Onun barəsində bir neçə maddə ilə cinayət işinin qaldırıldığı bildirilir. Az əvvəl yayılan xəbərlərə əsasən Sünik vilayətində sakinlərin etirazları davam edirdi və onları yolları bağlayaraq Paşinyanı vilayətə buraxmaq istəmirdilər.

Qeyd edək ki, sərhədlərin demarkasiyası nəticəsində Ermənistanın işğal illərində çəkdiyi və Sünikin bir neçə kəndini birləşdirən yolun bəzi hissələri Azərbaycanın nəzarətinə keçir. Məlumata görə bu yolda təhlükəsizliyi Azərbaycan, Rusiya və Ermənistan sərhədçiləri təmin edəcək.

virtualaz.org

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR