Ordunun təminatı: narazılıq nədəndir, səbəb nədir?

21 dekabr, 2020 21:44

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun təminatında problemlər olması barədə videoların, rəylərin sayı bir xeyli artıb.

Bu şikayətləri araşdırarkən daha çox infrastrukturun yoxluğundan yarandıqları aydın olur. Əlbəttə, bəzi məqamlarda səlahiyyətli şəxslərin məsuliyyətsiz davranışını da istisna eləmək olmaz. Amma əksər problemlər şəraitsizlik, təminatın vaxtında çatdırılmaması ilə bağlıdır ki, bunun da kökündə bölgədə infrastrukturun məhv edilməsi dayanır.

Məsələ bundadır ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər 30 il müddətində bütün infrastrukturu, kommunal təsərrüfatı məhv ediblər. Bəzən kilometrlərlə yol gedərkən, bir salamat qalmış tikiliyə, bir normal daldalanacağa belə rast gəlinmir. Təbii su mənbələri, bulaqlar belə baxımsızlıqdan, ətrafda aparılan ekoloji terrordan məhv olub, quruyub.

Üstəlik, düşmən əksər yaşayış məntəqələrini, yolları minalayıb. Bu gün nəinki bölgədə sürətlə infrastruktur yaratmaq, hətta sərbəst və operativ hərəkət etmək imkanları məhz mina təhlükəsi baxımından mümkünsüzdür. 

Belə şəraitdə, əlbəttə, əsgər üçün təminatın çatdırılmasında da, şəraitin yaradılmasında da problemlər yaşanır.

Təkcə əsgərlər deyil, bölgədə fəaliyyət göstərən polislər, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, xilasetmə xidmətinin əməkdaşları, digər kommunal və yol infrastrukturunu quran dövlət qurumlarının əməkdaşları da eyni çətinliklə üzləşirlər, ağır şəraitdə fəaliyyət göstərirlər.

“APA Group”un əməkdaşları bu günlərdə işğaldan azad olunmuş Cəbrayıl rayonunda səfərdə olanda bildirdilər ki, Cəbrayıl şəhərinin mərkəzində cəmi bir istifadəyə yararlı bina var. Hazırda həmin binada Cəbrayıl rayon polis idarəsi yerləşir. İcra hakimiyyəti də, digər dövlət orqanları da bu binadan istifadə edirlər.

Qış aylarında bölgənin relyefi və iqlimi ərazidə işləməyi, hərəkət etməyi xüsusilə çətinləşdirir. Yollar qarla örtülür, buzlaşır və nəqliyyatın hərəkəti faktiki mümkünsüz olur. Belə olanda isə ərzağın, geyimin və digər zəruri vasitələrin vaxtında çatdırılmasında problem yarana bilir. 

Nəzərə almaq lazımdı ki, hazırda müharibə reallığı ilə bölgədə daha çox hərbçi və əsgər var. Onlar bir qismi könüllülərdir. 

Məlumata görə, tezliklə könüllülərin evlərinə qayıtması təmin olunacaq. Müxtəlif qoşun növlərindəki könüllülər növbə ilə evə yola salınacaqlar. Bu isə onu deməyə əsas verir ki, onların indi olduqları mövqelər müvəqqəti xarakter daşıyır. Müvəqqəti mövqelərdə qurulan infrastruktur isə cəmi bir neçə gündən sonra istifadəsiz qalacaq. 

Sözsüz ki, nizami ordunun daimi yerləşəcəyi mövqelərdə yüksək səviyyəli infrastruktur qurulmalı, təminat olmalıdır. Bunu həyata keçirərkən hərbi qurumların səlahiyyətli şəxsləri heç bir səhlənkarlığa yol verməməlidirlər. Sadəcə, vaxt məsələsini hər kəs nəzərə almaq məcburiyyətindədir…

Biz torpaqlarımızı işğaldan azad etdik və dünya tarixindəki ən böyük barbarlıqlardan biri ilə üzləşdik. Bizim məcburi olaraq qurulu qoyub tərk etdiyimiz yurd yerlərimiz viran qalıb. Erməni vandallığı təkcə insanlarımıza qarşı yönəlməyib. Bizim evimizdən, yolumuzdan, ağacımızdan, torpağımızdan da qisas alıblar.

İndi biz qayıtmışıq. Biz yenidən o yerləri quracağıq. Biz "cənnət Qarabağ" ifadəsini bir də dillərə dastan edəcəyik. 

Ordumuzla, əsgərimizlə, polisimizlə, hər bir əməkçimiz, hər bir sakinimizlə yenidən quracağıq dağılmış yurd yerlərini. Sadəcə bir az vaxt, bir az səbr...

APA Analytics

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR