"Davam" VIII Azərbaycan-Rusiya Gənclər Forumunda təmsil olundu - FOTOLAR

22 dekabr, 2020 15:40

22 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə VIII Azərbaycan-Rusiya Gənclər Forumu baş tutub. 

Azsiyasət.com xəbər verir ki, Rusiya və Azərbaycan gənclərini birləşdirən Forumda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Sankt-Peterburq şəhərinin Azərbaycan Milli Mədəni Muxtariyyətinin yanında Azərbaycan gənclər təşkilatının sədri Elman Manafov, Rusiya və Azərbaycandan olan digər nümayəndələr, millət vəkilləri iştirak edib.

Forumda "Davam" Ümumrespublika Gənclər Hərəkatının İdarə heyətinin üzvü Sabir Rüstəmov təmsil edib. Sabir Rüstəmov öz çıxışında bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər xalqlarımız arasında əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq əlaqələri və qarşılıqlı hörmətə əsaslanır. Bu münasibətlərin nəticəsidir ki, hazırda Azərbaycan və Rusiya universitetləri arasında aktiv tələbə mübadiləsi aparılır, azərbaycanlı gənclərin rus dilinəböyük marağı var, bir çox Azərbaycan məktəb və universitetlərində rus dili tədris olunur.

S.Rüstəmov bildirib ki, xüsusilə iki ölkə Prezidentlərinin siyasi münasibətləri, birgə müdrik əməkdaşlığı, yaxın dostluq əlaqələri ölkələrimizi bir çox sahələrdə strateji tərəfdaşa çevirib. Mütəmadi keçirilən bu forumlar Azərbaycan və Rusiya arasındakı əlaqələrin bütün sahələrdə inkişafı, mədəni və dostluq münasibətlərinin gələcək nəsillər arasında da davam etdirilməsi prosesinə öz müsbət töhfəsini verir. S.Rüstəmov çıxışında İkinci Qarabağ Müharibəsindən danışan zaman, bu müharibədə iştirak edən və Azərbaycan uğrunda canından keçən rus əsilli şəhidlərimizin olduğunu xüsusi vurğuladı.

O qeyd etdi ki, 17 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində yaşayış məntəqələrinin və mülki əhalinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində 13 yaşlı Rusiya vətəndaşı Mayakov Artur Vladimiroviçin həyatını itirməsi ilə bağlı ağrı və təəssüf hissi keçirir. S.Rüstəmov həmçinin bir neçəay əvvəl fəaliyyətinə başlamasına baxmayaraq, artıq xeyli sayda uğurlu addımlar atan, layihələr ərsəyə gətirən "Davam" Ümumrespublika Gənclər Hərəkatı barəsində də məlumat verib.

Çıxışının sonunda Azərbaycan və Rusiya arasındakı münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin siyasi iradəsi, eləcə də aralarındakı qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri sayəsində inkişaf edəcəyi qeyd olunub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR