"İslahatçı Gənclər" İctimai Birliyi 15 yaşını qeyd edib - FOTOLAR

22 dekabr, 2020 16:02

“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) 15 illik fəaliyyətinə həsr edilən onlayn konfrans keçirilib.

Azsiyasət.com report.az-a istinadən xəbər verir ki, konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir.

Birliyin sədri daha sonra hesabat xarakterli çıxış edərək təşkilatın gördüyü işlər haqqında məlumat verib.

Qeyd olunub ki, “İslahatçı Gənclər” İB 15 il ərzində 700-dən artıq layihə və tədbir icra edib. Bu layihələr ölkəmizin 30 rayon və şəhərini, 15 ölkəsini əhatə edib. Tədbirlərdə ümumilikdə 30 mindən çox gənc iştirak edib.

F.Şahbazlı bildirib ki, Azərbaycan gəncliyi həm ön, həm də arxa cəbhənin döyüşçüləri olaraq Vətən müharibəsindən üzüağ çıxıb.

Birliyin sədri qeyd edib ki, "İslahatçı Gənclər" İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Fikir" İnformasiya Platforması layihəsinin icrasına başlayır. Platforma gəncləri narahat edən məsələləri gündəmə gətirmək, onlarla bağlı müxtəlif videoreportajlar hazırlamaq, eyni zamanda aktual məsələləri müzakirə və debat formatlı proqramlar vasitəsi ilə izləyicilərə çatdırmağı planlaşdırır.

Onlayn konfransda çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Milli Məclisin deputatları Arzu Nağıyev, Naqif Həmzəyev, Ramil Həsən, Jalə Əliyeva, Vüqar İskəndərov, Azər Badamov, Şahin İsmayılov, Müşfiq Cəfərov, Səbail Rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova və digər qonaqlar çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin məqsədlərindən və uğurlarından danışıblar. Qonaqlar "İslahatçı Gənclər" İctimai Birliyinin 15 illik fəaliyyətini müsbət qiymətləndirərək təşkilata böyük uğurlar diləyiblər.

Təşkilatın 15 illiyinə həsr olunmuş toplatında "İslahatçı Gənclər" İctimai Birliyinə yeni üzvlərin qəbulu baş tutub. Vətən müharibəsi qazisi Kamran Bayramov, cüdo üzrə dünya çempionatının mükafatçısı Rafiq Nəcəfov, Türkiyə Milli Müdafiə Universitetinin pilot məzunu Ümid Sadıqov, tanınmış müğənni Çinarə Məlikzadə, teleaparıcı Namidə İsayeva, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Müjgan Əliyeva, fəal gənclər Mikayıl Mirzəzadə və Gülnarə Abbasova birliyin üzvlüyünə qəbul ediliblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR