"Hazırda zəruri olan "Qarabağ üçün Marşall planı"dır" - Rob Sobhani

22 dekabr, 2020 16:36

Prezident İlham Əliyevin parlaq liderliyi və müdrikliyi Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi.

Azsiyasət.com xəbər verir ki, bunu amerikalı ekspert, "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib.

O hesab edir ki, Azərbaycanın qələbəsi bir-biri ilə əlaqəli amillərə əsaslanıb:

"Birinci amil Prezident İlham Əliyevin parlaq liderliyidir. O, sanki, dünya arenasında vakuumu hiss etdi. Mən bunu Minsk qrupu həmsədr ölkələrinin liderlik vakuumu adlandırıram. İkinci amil Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətini həyata keçirərkən göstərdiyi müdriklikdir. Ermənistanın təcrübəsiz baş naziri Nikol Paşinyandan fərqli olaraq Prezident İlham Əliyev iki regional iştirakçı, yəni Rusiya və Türkiyə ilə dostluq münasibətlərini dəstəklədi. İkinci Qarabağ müharibəsinin "ədalətli müharibə" olması barədə rasional arqumentlər gətirməklə Azərbaycan Prezidenti bu iki vacib dövlətin dəstəyini təmin edə bildi. Üçüncüsü, hesab edirəm ki, Azərbaycanın İsraillə münasibətləri də vacib rol oynadı. İsrailin hərbi-sənaye kompleksinin texnoloji üsünlüyünü Prezident İlham Əliyev əvvəldən etiraf etmişdi. Azərbaycanın qələbəsinə gətirib çıxarmış dördüncü vacib amil müasir pilotsuz uçuş aparatlarında istifadə olunmuş innovativ texnologiyalar idi. Müasir texnologiyaların tətbiqi hərbi güc balansını Azərbaycanın xeyrinə dəyişmiş vacib amil idi. Bu, Azərbaycanın gələcəyi üçün çox vacib dərsdir: biotexnologiyalar, süni intellekt, elektromobillər üçün akkumulyatorlar kimi innovativ və yaradıcı texnologiyalara investisiya qoymaq. Sonuncu amil - biz heç vaxt unutmamalıyıq ki, İkinc Qarabağ müharibəsində qələbə Azərbaycanın qəhrəman əsgərlərinin rəşadəti sayəsində qazanıldı".

Ekspert əlavə edib ki, Qarabağın bərpası və inkişafı əsas prioritet olacaq:

"Beləliklə, hazırda zəruri olan "Qarabağ üçün Marşall planı"dır. Qarabağda yol, körpü, elektrik enerjisi istehsalı, su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqəsi və turizm kimi iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi dövlətləri dəvət etmək lazımdır. Azərbaycanın indi edə biləcəyi iş dövlət-özəl sektor tərəfdaşlığı əsasında maliyyələşdirilməsi üçün banklara təqdim olunacaq konkret layihələri müəyyənləşdirməkdir. Məsələn, ölkə Şuşada Günəş panelləri və akkumluyatorların istehsalı üzrə obyektlərin texniki-iqtisadi əsaslandırmasını təqdim edə bilər. Bu, Avropa İnvestisiya Bankı üçün böyük maraq kəsb edəcək. Qarabağın və ətraf ərazilərin işğaldan azad edilməsi həmin rayonlarda kiçik və orta müəssisələrin öz məhsulunu elektron ticarət portalları vasitəsilə dünya bazarlarında satışı məqsədilə Bakıya nəql etməsi üçün tarixi imkan yaradır. Yaponiya, Çin və ya Fransadan texnologiyaların istifadəsi ilə yüksək sürətli dəmir yolu əlaqəsi Bakı ilə Qarabağı birləşdirə bilər".

Trend.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR