Qarabağda hansı valyuta işləyəcək? - Elman Rüstəmov açıqladı
24 dekabr, 2020 12:55

“Əminik ki, yaxın zamanlarda bütün ərazilərimizdə məzənnə kimi Azərbaycan manatı çalışacaq”.
Azsiyasət.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib:
“Azərbaycan böyük qələbə qazandı və Ali Baş Komandanın rəhbərliyi ilə növbəti ildə də bu qələbənin təsiri altında özünün intibah dövrünü yaşayacaq. Azərbaycan daha da güclənəcək, beynəlxalq nüfuzumuz daha da artacaq".