Axtarışda olan qohumu Zeynəb Xanlarovanın evində gizlənir - SENSASİON İDDİA

25 dekabr, 2020 11:45

Türkan qəsəbəsində 2 ahıl qadının əmlakının saxtakarlıqla ələ keçirilməsinə rəhbərlikdə suçlanan Daşqın Nəsirovla bağlı yeni xəbər yayılıb. Sabiq deputat, məşhur müğənni Zeynəb Xanlarovanın bacısı oğlu olan Daşqın Nəsirovun xalasının evlərindən birində polis təqibindən gizləndiyi bildirilir.

Buna sübut kimi 2012-ci ildə Daşqın Nəsirov “Vinçestr” markalı tüfəngdən atəş açaraq qonşusu Fail Məmmədova ağır bədən xəsarəti yetirməsi və o zaman da Zeynəb Xanlarovanın evinə getməsi göstərilir.

Qeyd edək ki, 2012-ci ilin iyununda Daşqın Nəsirov Fail Məmmədova atəş açması faktına görə Xəzər Rayon Prokurorluğunda CM-in 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət  işi başlamışdı.

Daşqın Nəsirov həbs olunaraq ona ittiham irəli sürülmüşdü. Hələ o dövrdə Daşqın Nəsirovun Zeynəb Xanlarovaya arxalanaraq Türkanda hər cür qanunsuzluq etdiyi haqda xəbərlər mətbuat səhifələrinə çıxmışdı. 

2012-ci ilin avqustunda Daşqın Nəsirov artıq azad olunmuşdu. O dövrdə mətbuatda Daşqın Nəsirovun azad edilməsi Zeynəb Xanlarova ilə qohumluq əlaqələrindən qaynaqlanması müzakirə mövzusu idi. Sonradan Daşqın Nəsirovun adı müğənni Aygün Kazımova ilə qalmaqala görə yenidən mətbuatın gündəminə gəlmişdi. 2020-ci ilin əvvəlinə qədər Nəsirovdan xəbər yox idi. Birdən məlum oldu ki, Daşqın Nəsirov 2 ahıl qadın - Türkan qəsəbə sakinləri 81 yaşlı Əzizəxanım Atayevanın və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsində əsas rol oynayıb. Onunla bərabər Türkan qəsəbə sakini Rahil Babayev və Çingiz Səfərovun da bu cinayətdə adları hallanmağa başladı. Xumara Şabanova musavat.com-a deyib ki, onlara məxsus bağ torpaq sahəsinin ələ keçirilməsi və satılması üçün böyük bir cinayət sxemi işə salınıb.

Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə etməklə Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilərək satılıb. Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəkilində törədilməsi və Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı ona yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinə göndərilib. Türkan qəsəbə nümayəndəsi Rahil Babayev və Çingiz Səfərov istintaqa dəvət edilərək həbs olunublar. Daşqın Nəsirov isə istintaqdan yayındığına görə barəsində həbsli axtarış elan olunub. Hazırda Daşqın Nəsirovun axtarışları davam etdirilir.

Əzizəxanım Atayeva deyib ki, istintaqdan onlara bildiriblər ki, tezliklə Daşqın Nəsirov da həbs ediləcək: “Biz ilk gündən dedik ki, torpağımızı özümüzə qaytarın və ya pulumuzu verin. Biz kimsənin həbsini istəmirdik. Amma bunun əvəzində bizi hədələdilər. Bizə 1 qara qəpik də verməyəcəklərini, kimə istəyiriksə, şikayət edə biləcəyimizi dedilər. Belə də etdik. Ona görə də daxili işlər naziri Vilayət Eyvazova da müraciət edirəm. Xahiş edirəm Daşqın Nəsirovu tapsınlar, soruşsunlar ki, məni niyə sağ ola-ola ürək tutumasından öldüyümü yazdırıb? Mən bundan sonra hələ uzun müddət də yaşayacağam. Zeynəb Xanlarovadan da xahiş edirəm, əgər Daşqın Nəsirovun yerini bilirsə, ona desin ki, bizim haqqımızı yeməsin, gəlsin cavab versin. Qaçıb gizlənməklə heç nəyə nail olmayacaqlar. Həmin torpaq sahəsini satdıqları adamlardan da xahiş edirəm, gedib Daşqından pullarını alsın, bizim torpağı özümüzə qaytarsın”.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqda Xəzər rayonunun sabiq başçısı Vaqif Həsənovun da adı keçir. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. İddia olunur ki, Ağasadıq Vəlibəyova məxsus torpaq sahəsinin alqı-satqısında Daşqın Nəsirovun, Rahil Babayevin və Çingiz Səfərovun iştirakı da araşdırılır.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi