"Gəlin müharibə edək, torpağımızı alaq!" deyən Zeynəb Xanlarova haradadır?

28 dekabr, 2020 10:36

“Bizim torpaqLarımız uzun illərdir işğal edilib, o vaxtdan bəri də şəhid veririk. Bundansa, gəlin müharibə edək, torpağımızı geri alaq. Nəyi gözləyirik?".

Bunu hələ 2017-ci il fevralın 24-də Milli Məclisin iclasında o zaman parlamentin üzvü olan Xalq artisti Zeynəb Xanlarova demişdi.

"Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək ya da qalaq. Müharibə edək, bitsin bu məsələ. Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. Məsəl var, "dəyirman öz işindədir, çax-çax baş ağırıdır". Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?", - deyə Zeynəb Xanlarova 3 il öncəki müharibə çağırışında  bildirmişdi.

Nəhayət Zeynəb Xanlarovanın istəyi yerinə yetdi və o gün yetişdi... Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də başladığı və noyabrın 10-da qələbəylə bitirdiyi Vətən müharibəsi nəticəsində Qarabağın əksər bölgələrini erməni işğalından azad etdi.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın rayonları, Xocavəndin böyük hissəsi, Xocalının bir neçə kəndi, Tərtərin Talış və Suqovuşan yaşayış məntəqələri, bir sıra strateji yüksəkliklər düşməndən təmizləndi.

Yazının əvvəlində Zeynəb Xanlarovadan əbəs yerə sitat gətirmədik. Çünki bu gün – 28 dekabr Xalq artistinin doğum tarixidir.

Bu gün Zeynəb xanımın 84 yaşı tamam olur. Təəssüf ki, 3 il öncə müharibə çağırışı etmiş sənətkar son vaxtlar mətbuatdan uzaq gəzir. Xalq artisti heç 44 günlük Vətən müharibəsinə və Ordumuzun Qarabağdakı zəfərinə reaksiyasını da mediaya açıqlamayıb.

Bəs Zeynəb Xanlarova haradadır?

Modern.az dəfələrlə sənətkarın özü ilə əlaqə saxlamağa çalışıb. Ancaq ailəsindən onun Bakıda olduğu bildirilib və əlavə açıqlama verilməyib.
 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR