"Fədakarlıq etmək istəyirsə, 20 obyektindən, 5 evindən birini şəhid ailəsinə bağışlasın" - Fazil Mustafa

28 dekabr, 2020 12:34

Milli Məclisdə müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, qazilərin, şəhid ailələrin durumunu spekulyasiya etmədən bir sıra vacib məsələləri həll etməliyik.

Azsiyasət.com musavat.com-a istinadən xəbər verir ki, deputat çıxışının davamında söyləyib ki, dövlətə ağıl öyrətməyin də artıq yeri yoxdur:
“Çünki prioritet olaraq bu təbəqənin nə qədər üstün götürüldüyünü hamımız görürük. Dövlət öz üzərinə düşən yükü yerinə yetirir. Əgər ayrı-ayrı şəxslər fədakarlıq etmək istəyirsə, 20 obyektindən, 5 evindən birini şəhid ailəsinə bağışlaya, dövlətə yarıdım edə bilər”,-deyə F.Mustafa çıxış yolunu göstərib.

Deputat qeyd edib ki, biz bu gün təkcə Kəlbəcərdə, Şuşada məskunlaşma həyat keçirməməliyik, Bakıda, “gecəqondu”da yaşayan, iş tapa bilməyən insanların bölgələrə qaytarılması, işlə təmin olunması istiqamətində hökumət iş aparmalıdır.

F.Mustafa qeyd edib ki, ictimai nəqliyyatla bağlı problemlər həllini tapmalıdır: “Çünki bu gün metro da bağlıdır, avtobuslarda sıxlıq var. Azərbaycanda təcili yardım normal yolla hərəkət edib mənzil başına çata bilmir”.

Millət vəkili qeyd edib ki, bizdə sadəcə şəffaflığa ehtiyac var: 

“Hökumət tam şəffaflıq yaratsın görəcəksiniz ki, Qarabağda çalışmaq üçün Türkiyədən, digər ölkələrdən Azərbaycana kifayət qədər axın olacaq. Ona görə də yolu açmaq kifayət edəcək ki, Qarabağı yenidən dirçəldə bilək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR