"İST Petrol"un yağı vətəndaşı 5 min ziyana saldı - VİDEO

30 dekabr, 2020 00:20

“İST Petrol” yanacaqdoldurma məntəqəsində Dilavər Əliyev adlı vətəndaşın avtomobilinin mühərrikinə vurulan yağ və antifiriz mühərrikin sıradan çıxmasına səbəb olub.

Azsiyasət.com xəbər verir ki, axar.az-a şikayət məktubu ünvanlayan Dilavər Əliyev bildirib ki, “İST Petrol”a bununla bağlı müraciəti cavabsız qalıb.

“Dekabrın 18-də “Mitsubişi Pajero” markalı avtomobilimin antifrizini dəyişdirmək üçün Tiflis prospektində yerləşən “İST Petrol”un yağdəyişmə mərkəzinə apardım. Ağa adlı usta yağın son dəyişmə müddətinə 1000 km qalmasına baxmayaraq, mühərrikdən səs gəldiyini, yağın da az olduğunu deyərək, mühərrikin yağını da dəyişdi. Bunun müqabilində 125 manat ödəyərək oradan ayrıldım. Təxminən 6-7 kilometr yol getdikdən sonra maşında yağın xəbərdarlıq nişanı yandı və mühərrikdən əlavə səslər gəlməyə başladı. Yenidən həmin yağdəyişmə mərkəzinə gəldim və filteri yenidən dəyişdilər, amma avtomobil düzəlmədi. Evakuatorla dörd ayrı ustaya apardım, hər biri yağın keyfiyyətsizliyindən və filterin bu maşın üçün olmadığından mühərrikin bərbad vəziyyətə düşdüyünü dedi”, - vətəndaş bildirib.

D.Əliyev qeyd edib ki, bununla bağlı yağdəyişmə mərkəzinə müraciət etsə də, heç bir nəticəsi olmayıb, ustalar öz səhvlərini etiraf etmədi:

“Səlahiyyətli şəxslə danışmaq istədim, mənə Ağa adlı ustanın cavabdeh olduğunu, “İST Petrol” və onun ətrafındakı obyektlərin sahibinin Seymur və Teymur qardaşlarının olduğunu dedilər. Yağın keyfiyyətsizliyi və filterin uyğunsuzluğu nəticəsində avtomobilin mühərriki sıradan çıxmaq üzrədir. Həmin filterləri və yağ nümunəsini özümdə saxlayıram. Avtomobilimin heç bir problemi olmadığı halda yağ dəyişəndən sonra bu vəziyyətə qalmasının səbəbkarı həmin yağdəyişmə mərkəzinin olduğunu düşünürəm. Digər ustalar da 7 ilin avtomobilinin mühərrikinin bu günə düşməsinə təəccüb edirlər. Mənə 4-5 min manat məbləğində maddi ziyan dəyib”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı bildirib ki, vətəndaşın şikayəti ilə bağlı araşdırma başlayıb:

“Vətəndaş tərəfindən bizə rəsmi müraciət daxil olub və məsələ araşdırılır. Araşdırmanın nəticəsi barədə vətəndaşa məlumat veriləcək”.

Qeyd edək ki, şikayətçi mühərrikə tökülən yağın və filterlərin də fotosunu göndərib. Filterin müqayisəli fotosundan görünür ki, avtomobilə fərqli filter qoyulub.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR