2021-də il sizi nə gözləyir? - Bürclər üzrə detallı proqnoz: Pul, iş, məhəbbət...

31 dekabr, 2020 17:58

2020-ci illə vidalaşmağımıza bir neçə saat qalıb. Bu il ərzində bir çox xoşagəlməz hadisələrlə rastlaşsaq da, müstəqil Azərbaycan üçün ən uğurlu il olduğunu deyə bilərik. 

Çünki nə az, nə çox, düz 28 illik həsrətə 2020-ci ildə son qoyduq. 2020 insanların xarakterində ciddi dəyişikliklərə yol açdı, fərdlərin əksəriyyətində görmədiyimiz xüsusiyyətləri ortaya çıxdı. Lakin məlum olduğu kimi, bir də hər birimizin qəlibləşmiş xüsusiyyətlərimiz var ki, bunu da Astrologiyada bürclərlə əlaqələndirirlər. Yaxşı görən 2021-ci ildə bürcləri nə gözləyir?

QOÇ

Mütəxəssislərin araşdırmasına görə, son iki ildə Qoç bürcü olan şəxslər xüsusilə iş həyatında bir sıra çətinliklərlə üzləşsələr də, 2021-ci ildə sosial sahədə daha aktiv ola biləcəkləri bir dövrə qədəm qoyacaqlar. Növbəti ildə bu bürcün sahibləri qazanclarında sürətli eniş-yoxuş yaşaya bilər. 

Cəsarəti yüksək və adrenalin sevən qoçlar üçün 2021-in daha əyləncəli olacağı gözlənilir. Lakin buna baxmayaraq, yenə təmkinli olmalı, köhnə nizamdan ayrılmamalısınız.  İş həyatınızda da sizi dəyişikliklər gözləyir. İş yerinizi dəyişə və ya yeni layihələrdə iştirak edə bilərsiniz. Sevgi həyatında isə subay olan qoçların qeyri-ənənəvi, orijinal fikir sahibi olan biri ilə xüsusilə fevral ayında qarşılaşma ehtimalı yüksəkdir. 

Oktyabr ayının ortalarına qədər ikitərəfli münasibətlərdə ünsiyyət problemi yaşayacağınız təqdirdə daha səbrli olmağınız tövsiyyə olunur. Çünki böyüməyi və özünü inkişaf etdirməyi təsvir edən Yupiterin ilin çox hissəsində Saka bürcündə qalması qoçlar üçün yeni fürsətlərin yaranacağından xəbər verir. 

İlin ilk mərhələsində, yəni mayın 14-nə qədər və 28 iyul-29 dekabr tarixləri arasında qoçları köhnə qəliblərdən çıxma imkanı qazanacaqlar. İş həyatınızda komanda işinin əhəmiyyəti böyükdürsə, işinizə daha çox diqqət göstəməli və məsuliyyəti artırmalısınız. 7 yanvar - 4 mart tarixləri arasında xərclərinizi və pul məsələlərinizi daha çox nəzərə almanız faydalı olacaq. Çünki müddət ərzində xərclər arta bilər. 23 aprel - 11 iyun iş baxımından məhsuldar dövr olmaya bilər.

BUĞA

Kariyera həyatınızda texnoloji məsələlər, rəqəmsal platformalarda həyata keçirəcəyiniz layihələr ön plana çıxa bilər. Korporativ sahədə fəaliyyət göstərənlər işlərində yüksələ və iş yerlərini dəyişə bilərlər.

2021-ci ilin ilk 6 ayında maddi vəziyyətiniz daha da yaxşılaşa bilər, hətta ikinci bir işdə də işləmənizə şəraitin yaranması mümkündür. Fevral ayından sonra valideyninizin səhhətinə daha çox diqqət ayırmaq məcburiyyətində qala bilərsiz. Evlilik kimi ciddi məsələlər gündəmə gələ bilər. Kredit götürmək və ya borc ödəmək kimi məsələlərdə yeni qərarların verilməsi gözlənilir.

ƏKİZLƏR

Bütün il ərzində Ay və Günəş tutulmalarına ev sahibliyi edəcəksiniz. Artıq həyatınızda əsas dinamikanı dəyişdirməyə hazır ola bilərsiz. 

Sevgi məsələsində iki nəfər arasında seçim etmək məcburiyyətində qalmanız siz yoracaq. 2020-ci ilin 30 noyabr-14 dekabr tarixləri arasında yaşadığınız təcrübə 26 may-10 iyun müddətində bir nəticə verə bilər. 

Qısa səyahətlərdə və ya virtual mühitdə yeni insanlarla tanış olmağınız və bu yolla fərqli təşkilatlara üzv olacağınız gözlənilir. Önümüzdəki üç il ərzində karyeranızda qətiyyətli bir irəliləyişə qədəm qoyacaqsınız.

XƏRÇƏNG

Son 3 ildə yaşadığınız çətinlikləri geridə qoyacaqsınız. Növbəti ildə peşəkarlığınızı ortaya qoyaraq yeni iş təklifi ala və ya öz işinizi qura bilərsiniz. Peşənizdə sizi irəliləyiş gözləyir. 

Bu il istedadınız daha geniş kütlənin diqqətini cəlb edəcək. İndi ənənəvi mövzuların bir-bir rəfə qoyulduğu və zehninizin yeni dünya nizamına uyğunlaşacağı bir dövr içindəsiniz. Günəş və Ay tutulması sizi həmkarlarınızla fərqli bir ünsiyyət qurmağa məcbur edə bilər. 2021-ci ilin sonları gözlənilmədən yaşadığınız yeri dəyişmə ehtimalınız var. Gələcək hədəfləriniz gözləmədiyiniz anda reallaşacaq.

ŞİR

2021-ci ildə daha əvvəl heç rastlaşmadığınız, qeyri-adi xarakterə sahib birinə aşiq ola bilərsiz. Onun fərqli baxış bucağının köməyi ilə həyatın fərqli yönlərini kəşf edəcəksiniz. Sizinlə əməkdaşlıq etmək istəyənlər qapınızı döyəcək. 

Gizli düşmənlərinizə qarşı özünüzü müdafiə etməyi bacarmalısınız. 2006-cı ildə həyatdan öyrəndiyiniz nə varsa, bu il onun meyvəsini toplayacaqsınız. Həyatı bir az axışına buraxmağınız tövsiyyə olunur. Köhnə bir münasibət 30 yanvar - 22 fevral arasında yenidən gündəmə gələcək. Qarşınızdakı insanların sizi idarə etməsinə icazə vermədən azadlığın dadını çıxarın.

QIZ

Virtual dünya üzərində komanda yoldaşlarınızla qurduğunuz münasibətlər işinizdə uğurla irəliləməyinizə kömək edəcək. Sağlamlıq sektoru ilə əlaqəli bir işə başlaya, gigiyena və təmizlikdə yeni bir ixtiranın təməlini ata bilərsiniz. Ev heyvanına sahib olmağınız gözlənilir. 

Bu il qan dövranınıza, sinir sisteminizə və topuqlarınıza daha çox diqqət yetirməlisiniz. Xüsusilə ilk 8 ayda akademik fəaliyyətinizdə irəliləyiş olacaq, birdəb-birə xaricə köçməyə qərar verə bilərsiz. Yeni həyat nizamının nəticələri qarşısında Avqust ayına qədər dəqiq qərarlar verməməli və proseslərin inkişafını müşahidə etməlisiz.

TƏRƏZİ

Tez-tez səyahət etmək məcburiyyətində qala bilərsiz, bu isə həyat fəlsəfənizi yenidən gözdən keçirməyinizə səbəb olar. Sevgi həyatınızda fırtınalı olacağı 2021-ci ildə orijinal şəxsiyyəti ilə seçilən və hamı kimi olmayan birinə aşiq ola bilərsiniz. 

Astrologiya, tarot və feng shui kimi sahələrdə təhsil almağa cəhd edəcəksiniz. Bununla yanaşı, fevral ayından sonrakı 9 aylıq müddətdə nəzarətsiz maliyyə xərclərinə qarşı diqqətli olmalı və ayağınızı yorğanınıza görə uzatmalısınız.

ƏQRƏB

Dəyişikliyi sevməyən və nəzarəti itirəndə narahat olan siz, artıq səhv yolda olduğunuzu anlamalı və dayanmalısınız. Çünki yaxın 3 il ərzində sizi ciddi dəyişikliklər gözləyir. Külək sizin üçün fərqli istiqamətdən əsəcək. 

Fevraldan sonra eşq həyatınızda ciddiyyət özünü göstərəcək. Evdən köçmək, valideynlərin sağlamlıq problemləri ilə məşğul olmaq və daimi investisiyalara başlamaq üçün vacib qərarlar verə bilərsiniz. Əhvalınızı korlayan insanlarla ünsiyyət qurmaqdan çəkinməlisiz. İyunun ilk yarısında maddi gəlirinizdə problemlər ola bilər. Oktyabr ayında gizli bir sevgi macərası yaşayacağınız gözlənilir.

OXATAN

Həyatınızı dəyişdirməyə hazır olun. Növbəti üç ildə özünüzü həm zehni, həm mənəvi cəhətdən yeniləyəcəksiniz. 

Eşq həyatında uzun müddətdir davam etdirdiyiniz münasibəti sonlandıra və ilin ikinci yarısında yeni biri ilə həyatınızı bölüşə bilərsiniz. Xarici əlaqələriniz inkişaf edə bilər. Yaratdığınız marka daha da populyarlıq qazanacaq. 

Əzminizlə arzuladığınız həyata daha tez çata bilərsiz. Həmçinin avtomobil alıb-satma ehtimalınız var ki, bunu fevral ayında etsəniz, sizin üçün daha faydalı olar. Bəlkə gündəlik həyatınızda sürprizlərə və gözlənilməz dəyişikliklərə hazır olmaq sizin üçün həyatı daha maraqlı edir.

OĞLAQ

Yeni ildə parlaq fikirlər, internet tətbiqetmələri, iki fərqli ucları birləşdirən təşkilatlar, telekomunikasiya ilə əlaqəli iş sahələri sizə inkişafınız üçün maddi və mənəvi imkanlar yaradacaq. 

Rutin işinizlə yanaşı, yeni dünya düzəninin təklif etdiyi iş sahələri ilə də maraqlanırsınız ki, bu sahələrdə bacarıqlarınızı asanlıqla nümayiş etdirə bilərsiniz.  2009-cu ildə yaşadığınız məsələlər bu il yenidən qapınızı döyəcək və bu mövzularla əlaqəli köklü bir dəyişiklik yaşayacaqsınız. Artıq sevgi həyatınızdakı sürpriz dəyişikliklərdən qaça bilməzsiniz. Maddi vəziyyətinizin yaxşı olacağı içinizi rahatlada bilər.

DOLÇA

Ənənəvi həyatı mənimsəmiş insanlar sizi yadplanetli hesab edə bilər. Fərqli geyim tərzinizin, fərqli düşüncənizin, fərqli həyat hədəflərinizin ortaya çıxdığı və göründüyü bir ilə "Salam" deyəcəksiniz. 

Xüsusilə fevral ayında baş verən hadisələrə qarşı üsyan etməməli və problemləri humanist bir yanaşma ilə hər kəsin xeyrinə həll etməlisiniz. Bu il planlaşdırılmamış köçlər qapınızı döyə bilər. Eşq həyatında bir neçə şəxslə virtual olaraq danışma ehtimalınız var.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"