Təhlükəli virus Azərbaycana da çata bilər - “Təyyarə reyslərinə ciddi nəzarət olunsun”

02 yanvar, 2021 10:45

Ötən gün Türkiyədə 15 nəfərdə koronavirusun “Britaniya ştammı” adlandırılan təhlükəli növü aşkarlanıb.

Ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır.

Qeyd edək ki, Türkiyə də daxil olmaqla, bir sıra ölkələr Böyük Britaniyaya səfərləri ləğv ediblər.

Hazırda Azərbaycanla İngiltərə arasında birbaşa təyyarə reysləri olmasa da, koronavirusun yeni mutasiyasının aşkarlandığı qardaş Türkiyə ilə ölkəmiz arasında müntəzəm təyyarə reysləri həyata keçirilir.

Bu baxımdan, “Britaniya ştammı”nın Türkiyə vasitəsilə Azərbaycana çatması da mümkün ola bilər.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev modern.az-a açıqlamasında bildirib ki, Türkiyədən təyyarə ilə ölkəmizə gələn bütün insanlara ciddi şəkildə nəzarət olunmalıdır: 

“Artıq təsdiq edilib ki, bu ştammın yoluxuculuğu əvvəlkindən çox olsa da, öldürücülüyü digərindən çox deyil. Lakin buna baxmayaraq təyyarə reysləri ilə ölkəmizə gələn bütün insanların test neqativ arayışı ilə ölkəyə buraxılmasına ciddi nəzarət edilməsi daha məqsədəuyğundur”.

Aydın Əliyev həmçinin qeyd edib ki, “Britaniya ştammı” təhlükəli hesab edilsə də, hazırda istifadəyə verilən peyvəndlərdən biri bu ştamma qarşı immunitet yarada bilir.

“Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer” peyvəndini təsdiq etdi və bir neçə gün öncə açıqlandı ki, bu peyvənd yeni ştamma qarşı da immunitet yaradır. Ötən bir il ərzində biz artıq COVİD-19 xəstəliyini kifayət qədər tanıyırıq və yanaşı ağır xəstəliyi olmayan şəxslərdə təqribi müalicə sxemi bəllidir. Bu baxımdan, aptekləri müvafiq dərman preparatları ilə təmin etsək, artıq sərt karantin rejimini kifayət qədər yumşalda bilərik”, - deyə həkim-radioloq bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR