Sülhməramlılar haqda YENİ XƏBƏR
04 yanvar, 2021 11:16

Qarabağda atəşin dayandırılmasına nəzarəti və monitorinqi həyata keçirən Rusiya sülhməramlılarının müşahidə postları istehkam blokpostları ilə təchiz edilir.
Azsiyasət.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, həmçinin ərazinin dairəvi müşahidəsinin aparılması üçün nəzərdə tutulub.