Marketlərdə kəskin bahalaşma! - YENİ QİYMƏTLƏR...

05 yanvar, 2021 11:44

Bu gecə benzinin və dizelin qiymətinin qalxması artıq əksər ərzaq məhsullarının bahalaşmasına səbəb olub.

Super marketlərdən bakupost.az-a daxil olan məlumata görə, hələ Tarif Şurasının qərarı açıqlanmadan onlara ərzaqların yeni qiymətləri təqim olunub.

Yeni siyahıda donmuş məhsullar orta hesabla 15, yağlar 10, yuyucu vasitələr 20 faiz artıb. (Bu barədə geniş siyahını gün ərzində təqdim edəcəyik-red.)

İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq: “İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək bahalaşacaq. Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur. Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub”.

Onun fikrincə, hazırkı qiymət artımı böyük özəlləşdirmə qabağı həyata keçirilən preventiv addımların bir hissəsidir: “Odur ki, bu son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”.

Qeyd edək ki, bu gecdən Aİ-92 benzini 1 manat, dizel yanacağı 80 qəpik müəyyənləşib.

Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11,1 faiz qaldıraraq 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 33,3 faiz qaldıraraq 1 litr üçün 80 qəpik müəyyən edib. Şura təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib. Bununla yanaşı, Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub, eləcə də daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflər də qaldırılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR