Həbsxanalarda koronavirus geniş yayılıb? - Yoluxma və ölüm xəbərlərinə Penitensiar Xidmətdən reaksiya

05 yanvar, 2021 17:53

Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumlar arasında koronavirusa yoluxma hallarının kəskin artdığı bildirilir. Nardaran hadisələrinə görə həbsdə olan Ağəli Yəhyayevin bacısı Elnarə Eldar "Azadlıq" radiosuna həbs yerlərində vəziyyətin gərgin olduğunu bildirib.

Onun sözlərinə görə, söhbət təkcə qardaşının saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsindən getmir: 

"Başqa cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların yaxınlarıyla da əlaqəm var. Onlardan eşitdiklərim, öz bildiklərim də göstərir ki, vəziyyət acınacaqlıdır".

E.Eldar virus daşıyıcısı olan məhkumların təcrid olunmadığını, nəticədə digərlərinə də yoluxduğunu iddia edib. Onun bildirdiyinə görə, vəziyyəti çox ağırlaşan məhkumlar Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülür.

"Məndə olan məlumata görə, məhkumlar arasında koronavirusdan xeyli sayda vəfat edənlər var. Bəzi cəzaçəkmə müəssisələrində məhbuslar xəstəliyi elə müəssisənin daxilində - başqa dustaqlarla təmasda ola-ola keçirirlər. Nəticədə virus daha çox yayılır. Lap ağır xəstələri "tubzon"a köçürürlər. Məhkumlar arasında şəkərli diabet xəstələri çoxdur, onlar da koronavirus məsələsində risk qrupuna daxildir. Bu üzdən ölüm sayı da çoxdur", – E.Eldar belə deyib.

Penitensiar Xidmətin ictimaiyyətləəlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Azadlıq" radiosuna bildirib ki, məhkumların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərinin səlahiyyətindədir. Onlar da kimliyindən asılı olmayaraq, cəzaçəkmə müəssisələrindəki hər bir məhkuma ehtiyac olduğu halda tibbi yardım göstərirlər: 

"İstənilən halda, ola bilməz ki, məhkumun müayinəyə, müalicəyə ehtiyacı olsun, amma ona tibbi yardım göstərilməsin. Çünki hər bir məhkumun sağlam olması, virusun yayılmaması Penitensiar Xidmət olaraq bizim də, Tibb Baş İdarəsinin də marağındadır. Ona görə də hansısa məhkumun səhhətində problem yaranan kimi dərhal zəruri addımlar atılır".

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da virusa yoluxan məhkumlara vaxtında lazımi tibbi yardım göstərilməməsi haqda iddiaları təkzib edib.

İ.Qurbanov bildirib ki, hazırda heç bir cəzaçəkmə müəssisəsində epidemioloji baxımdan gərgin mühit yoxdur. Rəis müavininin sözlərinə görə, əksinə, koronavirusa yoluxma hallarıyla bağlı cəmiyyətdəki azalma tempi həbs yerlərində də müşahidə olunur.

"Virusa yoluxma halı aşkar edildikdə dərhal şəxs müalicəyə cəlb olunur. Hətta profilaktik müayinələr üçün nümunələr götürülür ki, xəstəlik varsa da, vaxtında aşkarlansın. Bütün lazımi tədbirlər müntəzəm aparılır, profilaktik işlər həyata keçirilir. Bütün bu işlər həm Ədliyyə Nazirliyinin, həm Penitensiar Xidmətin, həm də Tibb Baş İdarəsinin nəzarətindədir", - İ.Qurbanov bildirib. Rəis müavini məhkumlar arasında koronavirusa yoluxma hallarıyla bağlı statistika aparıldığını söyləsə də, rəqəmi açıqlamayıb. (Azadlıq radiosu)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR