14-cü polis bölməsinin əməkdaşlarından konkret fakta görə ŞİKAYƏTƏ ƏSAS VAR İDİMİ...

06 yanvar, 2021 11:50

Pandemiya ilə mübarizə dövründə polis əməkdaşları ilə ictimaiyyət nümayəndələri arasında rast gəlinən əsas mübahisə mövzusu qayda pozuntusu ilə bağlı cərimələr və vətəndaşların zəruri hallarda bölmələrə gətirilməsi ilə bağlı olur. 

Bu günlərdə Sabunçu rayon 14-cü polis bölməsinə gətirilmiş bir vətəndaşın bəzi internet resurslarında yayılmış şikayəti də bununla bağlı xarakterik bir nümunə kimi diqqətimizi çəkdi və kiçik araşdırma aparmalı olduq. 14- cü bölmənin əməkdaşlarından şikayətlənən vətəndaş iddia edir ki, polis əməkdaşları onu insanların olmadığı bir yolda maskasız olduğu üçün saxlayaraq cərimə ödənişi üçün bölməyə gətiriblər. Cərimə ilə bağlı vətəndaşların polis bölmələrinə dəvət edilməsi ümumi xarakter daşıyır və 14-cü bölmənin rastlaşdığı vəziyyətlə yəqin bütün başqa bölmələr də tanışdılar.

Hüquqşünaslarla apardığımız müzakirələrin nəticələrinə görə cərimələrlə bağlı polis orqanları əleyhinə iddia və şikayət səsləndirən vətəndaşlar heç də həmişə haqlı olmurlar və qanun keşikçilərinə qarşı qeyri-obyektiv davranırlar.

Hüquqşünasların sözlərinə görə, polis orqanlarına dəvət edilmə və ya gətirilmə faktları qanunsuz davranışlarla və ya yersiz güc tətbiqi ilə müşayiət olunursa, burada şikayət üçün əsaslar olduğu barədə danışmaq olar. Ancaq konkret halda 14-cü bölməyə dəvət edilmiş vətəndaşa qarşı belə hərəkətlərə yol verilməyibsə polislərin mısuliyyətindən danışa bilmərik. O ki qaldı maskasız evdən çıxmağa görə vətəndaşların məsuliyyətinə , burada onu deməliyik ki, hazırkı normalara görə bütün qapalı və ya açıq ictimai yerlərdə maska taxılması məcburidir və bu pozuntuya görə vətəndaşlar bütün hallarda məsuliyyət daşıyır. 

O cümlədən də 14-cü bölməyə gətirilməsindən şikayət edən vətəndaş. Maska taxmamağa görə cərimənin ödənişi üçün vətəndaşların bölmələrə dəvət edilməsində də qanunsuz bir şey yoxdur. Çünki əgər vətəndaşın hadisə yerində cərimə ödəməsi mümkün deyilsə, qaydaya görə, bu halda o, bölmələrə dəvət edilir, onunla söhbət aparılır və müvafiq rəsmi ödənişdən sonra buraxılır.

Pandemiya pozuntularına görə cərimələrin yerində və ya müvafiq bölmələrdə ödənişi həyata keçirilməsə ümumiyyətlə xaos yaranar, hər kəsə ödəniş etməli olduğu barədə rəsmi arayış yazıb buraxmaq olmaz ki?! Bu halda heç kim ödəniş etməz və pozuntu halları daha böyük təhlükəyə çevrilər. Sonda hüquqşünaslar vətəndaşlara bir daha müraciət edərək xüsusilə karantin qaydaları ilə bağlı hamını polis orqanlarının davranışlarına dəqiq yanaşmağa çağırdı.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR