Azərbaycanda peyvəndləmə başlayır: hansı deputatlar vaksin istəmir...

06 yanvar, 2021 15:31

Bir ilə yaxındır ki, dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Koronavirusa yoluxma sayı artdıqca, ölüm da çoxalır. Vəziyyət o həddə çatıb ki, koronavirusla bağlı xəbərlər dünya əhalisində psixoloji gərginlik yaradıb.

Koronavirus bəlası Azərbaycanda da təhlükəli hal alıb. Hər gün yaxın ətrafımızdan kimlərinsə bu virusa yoluxduğunu, hətta öldüyünü eşidirk. Ancaq bir çox ölkələrdə vaksinlərin hazırlanması COVID-19 kabusunun nəhayət sonu ola bilər. Bu ildən başlayaraq dünya ölkələrində əhaliyə peyvənd vurulmasına başlanılıb. Ölkəmizə də tezliklə vaksinlərin gətirilməsi gerçəkləşəcək. Rəsmilər artıq bu barədə açıqlamalar veriblər. İlkin mərhələdə risk qrupuna daxil olan insanların peyvənd olunacağı gözlənilir. Peyvənd vurdurmaq isə könüllü və pulsuz olacaq. Yeri gəlmişkən, bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndlərə birmənalı münasibət yoxdur. Bəzi insanlar indidən peyvənd olunmaqdan imtna edəcəklərini bildirilər.
Azsiyasət.com xəbər verir ki, modern.az mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin bəzi deputatlarından peyvənd olunub-olunmayacaqlarını soruşub.
Ceyhun Məmmədov peyvənd olunacağını istisna etməyib:
“Peyvəndlərlə bağlı müxtəlif müzakirələr gedir. Hətta bəzi ölkələrdə müəyyən etirazları da müşahidə edirik. Hesab edirəm ki, bu məsələdə dövlət məmurları, deputatlar nümunə olmalıdır. Vaksinasiya dövlət əhəmiyyətli tədbirdir. Biz özümüz nümunə göstərərək peyvəndlənmə prosesində aktiv iştirak etməliyik. Bununla da insanlara mesaj verməliyik ki, peyvəndlənmədən qorxmasınlar. Amerika, İsrail kimi ölkələrdə dövlət başçıları kamera qarşısında bunu edirlər. Peyvənd olunma milli təhlükəsizlik məsələsidir. Biz virus təhlükəsindən tez xilas olmaq istəyiriksə, çətinliklərin aradan qalxmasına çalışırıqsa, peyvənd olunmalıyıq. Mən də peyvənd olunmada böyük məmnuniyyətlə iştirak edəcəm”.
Məşhur Məmmədovun sözlərinə görə, bu bəladan qurtulmaq üçün peyvəndləmə mütləq lazımdır:
“Bütün dünyada bu virus yayılmağa başladı. Dünya bu virusla mübarizə aparır. İnsan itkisi də daha çoxdur. Hazırki mərhələ peyvəndləmə mərhələsidir. Bu peyvəndlərin vurulması insanların sağlamlığı üçündür. İnternet resurslarında panika xəbərləri həmişə olur. İndi də peyvəndlərlə bağlı belə xəbərlərə rast gəlmək mümkündür. Ancaq biz bu cəmiyyətdə normal həyat yaşamaq, əvvəlki yaşayış tərzinə qayıtmaq istəyiriksə, mütləq peyvənd olunmalıyıq. Bu, bizim sağlamlığmıza hesablanıb. Ölkə başçısı bu sahədə hərtərəfli işlər həyata keçirir. Hesab edirəm ki, dövlətimiz tərəfindən ilk olaraq tibb işçilərinin və yaşlıların peyvənd olunması nəzərdə tutulur. Çünki tibb işçiləri və yaşlı insanlar risk qrupuna daxildir. Bu məcburi olmadığına görə, insanlara seçim imkanı da veriləcək. Düşünürəm ki, bir müddətdən sonra insanlar özləri könüllü peyvənd olunmaq istəyəcək. Mən də bir deputat olaraq peyvənd olunacam. Hesab edirəm ki, bəladan tam qurtulmaq üçün buna ehtiyac var”.
Aqil Məmmədov peyvənd olunma işlərini alqışladığını bildirib:

“Bununla da insanlar əvvəlki həyatına qayıdacaq. Bir ildən çoxdur ki, dünya COVID-19 pandemiyasının qurbanına çevrilməkdədir. Bu bəla ölkəmizdən də yan keçməyib. Mən də böyük məmnuniyyətlə peyvənd olunacam və dövlətimə, xalqıma dəstək olacam”.
Elman Məmmədov peyvəndləmə prosesinə  qoşulacağını vurğulayıb:
“Məlumatınız var ki, ilk olaraq 65 yaşdan yuxarı şəxslər peyvəndləməyə cəlb olunacaq. Mən də o yaş kateqoriyasındayam. Digər tərəfdən də Milli Məclisin deputatı kimi statusum var. Bundan boyun qaçırmaq düzgün olmaz. Əksinə, nümunə göstərmək lazımdır. Vətəndaşlarımızda bu məsələyə inam yaradılmasına çalışmaq lazımdır. Bu peyvəndləmə fəlakətin qarşısını almaq üçündür. Dövlət peyvəndlərə pul xərcləyir. Bu gün Azərbaycana gətirilən peyvəndlər dünyada mövcud olan ən etibarlı peyvəndlərdir. Hesab edirəm ki, bu məsələdə də bir olmalı və dövlət başçımıza təşəkkür etməliyik”.
Kamilə Əliyeva peyvənd olunacağı günü səbirsizliklə gözləyir:
“Bu dəqiqə dünya əhalisi peyvəndlənməni gözləyir. Düzdü, 3 qızıl qaydaya əməl edirik: maska taxırıq, spirtlənirik, ara məsafəsi saxlayırıq. Amma virusun tam olaraq məhv olması üçün bunlar yetərli deyil. Təbii ki, peyvəndləmə  növbəli şəkildə  həyata keçiriləcək. Öncə tibb işçiləri, daha sonra isə yaş qrupuna daxil olan insanlar peyvənd olunacaq. Mən isə peyvənd olunacağım günü səbirsizliklə gözləyirəm”.

Məlahət İbrahimqızı da peyvənd olunmaq istədiyini qeyd edib:
“Dünyada da belədir ki, peyvəndləmə mərhələli şəkildə aparılacaq. Əsasən COVID-19 təhlükəsi ilə üzləşən təbəqə peyvənd olunacaq. Öncə səhiyyə işçiləri, sonra isə yaş kateqoriyasına daxil olan şəxslərə tətbiq olunacaq. Milli Məclisin deputatları olaraq hansı kateqoriyaya daxil olacağıqsa, o mərhələdə mütləq peyvənd olunacam. Buna mən də razıyam”.
Fəzail Ağamalı  da vaksinasiya olunmaq fikrinin olduğunu söyləyib:
“Mənim də peyvənd olunmaq fikrim var. Bundan çəkinmək lazım deyil. Bu peyvəndlər testdən keçib. Hər hansı fəsadı yoxdur.  Bu lənətlənmiş virusdan qurtulmaq üçün mütləq peyvənd olunmaq lazımdır. Hesab edirəm ki, bundan çəkinmək qətiyyən olmaz”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR