Azərbaycan erməni zəvvarları Xudavəng monastırına niyə buraxmadı?

07 yanvar, 2021 10:29

Yanvarın 5-i axşam saatlarından və 6-sı bütün gün Erməni Apostol Kilsəsi Milad bayramını qeyd edib. Bütün erməni kilsələrində müqəddəs "Çraqaluyts" ayini xidməti göstərilib. Milad ərəfəsində Ermənistandan təxminən 70 zəvvar işğaldan azad edilmiş Kəlbəcər bölgəsindəki Xudavəng monastırını ziyarət etmək istədiklərini bildiriblər.

İşğaldan azad ediləndən sonra monastırda həm erməni ruhaniləri, həm də Alban-Udin xristian icmasının üzvləri xidmət edirlər. Təhlükəsizlik məqsədi ilə monastır kompleksinin ərazisi Rusiya sülhməramlı qüvvələri tərəfindən idarə olunur. Rusiya sülhməramlılarının blok-postu Xudavəngin girişində qurulub. Rusiya sülhməramlılarının blok-postundan öndə isə zəvvarların ilk yoxlanmasını həyata keçirən Azərbaycan hərbçiləri dayanır.

Ermənistan zəvvarları tərəfindən monastırı ziyarət etmə rejiminin qaydalarına görə, ermənilərin gəlişi həm Rusiya sülhməramlıları, həm də Azərbaycan qoşunlarının komandanlığı ilə razılaşdırılır. Monastırın ərazisində Azərbaycan silahlı qüvvələrinin iki nəzarət-buraxılış məntəqəsi quraşdırılıb.

Lakin, erməni sosial şəbəkə istifadəçilərinin yazdığına görə, Azərbaycan postlarından yalnız iki zəvvar avtobusunun buraxılışına icazə verilib. Monastır ərazisinə 30 nəfər daxil ola bilib və qalan zəvvarlara ziyarət üçün başqa bir gün seçmələri tövsiyə edilib. Monastırı ziyarət üçün məhdudlaşdırma erməni zəvvarların narazılığına səbəb olub.

Azsiyasət.com xəbər verir ki, virtualaz.org Azərbaycan Müdafiə Nazirliyinə şərh üçün müraciət edib. Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan tərəfi ilə yalnız 30 zəvvarın gəlişi razılaşdırılıb. Bundan əlavə, erməni zəvvarlarının dini hisslərinə hörmətlə yanaşaraq, monastır ərazisi müqəddəs ayin mərasimində iştirak etmək istəyən hər kəsi qəbul edə bilməz. Təhlükəsizlik baxımından Azərbaycan hərbçiləri erməni zəvvarlara monastırı ziyarət etmək üçün başqa bir gün seçmələrini tövsiyə ediblər. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan vətəndaşlarının narazılığının və iddialarının əsassız olduğunu və heç bir səbəblərinin olmadığını vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR