Xəzəri zəbt edən milyonçuların hasarları sökülür

08 yanvar, 2021 13:18

Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqa daha bir neçə tanınmış iş adamının adı qarışıb.

Bakının Türkan qəsəbəsində 81 yaşlı Əzizəxanım Atayevanın və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsinin araşdırılması davam edir.

Azsiyasət.com xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə, artıq Türkan qəsəbəsinin dənizkənarı hissəsində saxta sənədlərlə zəbt olunmuş torpaq sahələrinin daş hasarlarının bir hissəsi sökülüb. Yeri sakinlərin "Türkan bulvarı” adlandırdıqları ərazinin əhatələndiyi daş hasarları yeni icra nümayəndəliyinin göstərişi əsasında sökülməsi haqda xəbərlər var.

2020-ci ilin əvvəlində Əzizəxanım Atayevaya və Xumara Şabanovaya bağ torpaq sahələrinin saxtakarlıqla ələ keçirilməsi məlum olub. Bundan sonrakı araşdırmalarla üzə çıxıb ki, ahıl qadınların torpaq sahələri  sabiq deputat Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov tərəfindən satılıb.

Xumara Şabanova deyib ki, torpaq sahələrinin daş hasarlarının sökülməsindən xəbərsizdir. O, istintaqın davam etdiyini bildirib. Deyib ki, onlara məxsus bağ torpaq sahəsinin ələ keçirilməsi və satılması üçün böyük bir cinayət sxemi işə salınıb. Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib. Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə etməklə Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilərək satılıb. Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəklində törədilməsi və Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı ona yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərilib.

Məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqa Xəzər rayonunun sabiq başçısı, hazırda Ağdam icra hakimiyyətinin başçısı olan Vaqif Həsənovun da adı qarışıb. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. Həmin qardaşların kimliyini də öyrənmişik. Məlum olub ki, Ağasadıq Vəlibəyova məxsus torpaq saxtakarlıqla ələ keçirilərək Bibiqulu və Bahadır Qasımov qardaşlarına satılıb. Qasımovlar da saxtakarlıqla ələ keçirilmiş torpaq sahələrinin digər alıcıları kimi Azərbaycanda və ölkədən çox uzaqlarda tanınan şəxslərdir. Onların dünyanın 50-dən çox ölkəsində kontoralarının olması və həmin kontoralar üzərindən böyük maliyyə vəsaitlərinin axması haqda məlumatlar var.

Qeyd edək ki, Atayeva və Şabanovanın torpaq sahələrini satın alan Yaqub Hüseynov da Azərbaycanda tanınan iş adamıdır. Türkan qəsəbəsinin qeyd olunan hissəsində torpaq sahələrinin imkanlı iş adamlarını maqnit kimi çəkməsinin səbəbi ərazinin Xəzər sahilində olması və bilavasitə ləpədöyənə dirənməsindən qaynaqlanır. Ərazidə restoran və istirahət mərkəzinin, hotellərin tikilməsi üçün ideal şərait var.

Odur ki, həmin torpaqların alınması üçün iş adamları böyük pullar ödəməkdən çəkinmirlər. Bu zaman torpaq sahələrinin əsl sahiblərini axtarmağı isə unudurlar. Qasımov qardaşlarının da, "Bridge Plaza” sahibi Yaqub Hüseynovun da diqqətdən qaçırdığı, eyni zamanda ən əsas məqam da budur. Bu gün Türkan bulvarı adlanan ərazidə daha 6-7 oxşar cinayətin olması haqda məlumatlar var.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaq getdiyi zaman hasarların sökülməsi prosesin dönməz xarakter almasından xəbər verir. Belə məlumatlar var ki, "Türkan bulvarı” ərazisində yerləşən digər torpaq sahələri də zəbt olunaraq saxta sənədlərlə satılıb. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR