Kasıbların vaksinsiz qalmaq riski var - Tedros Gebreyesus çağırış edir...

09 yanvar, 2021 14:25

Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri ötən gün yanvarın 8-də deyib ki, aşağı və orta gəlirli ölkələrin koronavirus vaksini ilə təchizatında “aşkar problem” görünməkdədir. Tedros Adanom Gebreyesus bununla əlaqəli olaraq ölkələri vaksin istehsalçıları ilə ikitərəfli kontraktlardan çəkinməyə çağırıb. O deyib ki, koronavius vaksinləri ilə daha çox təchiz edilən zəngin ölkələrdr. DST rəhbəri bu vəziyyəti “vaksin millətçiliyi” adlandırıb.

Tedros Gebreyesus bildirib ki, heç bir ölkə müstəsna deyil və bəzi ölkələrin ümumiyyətlə vaksinsiz qalmasına yol vermək olmaz. O ölkələri və vaksin istehsalçılarını ikitərəfli müqavilələr bağlamaqdan çəkinməyə və lazım olduğundan artıq vaksin sifariş edənləri izafi peyvəndin COVAX vaksinpaylaşma sisteminə verilməsinə çağırıb.

DST rəhbəri konkret ölkə adı çəkməsə də, Avropa İttifaqı Pfizer və BioNTech şirkətləri ilə əlavə olaraq 300 milyon doza üçün müqavilə bağladığını elan edib. Bu, 2021-ci ildə sözü gedən şirkətlərin vaksin məhsulunun yarısının Avropa İttifaqına çatacağı deməkdir.

Son zamanlar ölkələrin vaksin əldə etmək üçün cəhdləri intensivləşib. Bu həm də koronavirusun Cənubi Afrika Respublikasında və Britaniyada aşkar edilmiş yeni ştammının sürətlə yayılması ilə bağlıdır. DST-nin fövqəladə hallar direktoru Mayk Rayan deyib ki, hansı ölkədə olmalarından asılı olmayaraq ilk növbədə risk qrupunda olanlar və tibb işçiləri peyvəndlənməlidir. DST habelə vaksin istehsalçılarını ən son məlumatları verməyə çağırıb. Bu, vaksinlərin paylaşılması üçün xüsusilə mühümdür.

Bu həftənin əvvəllərində DST bildirmişdi ki, COVAX sistemi 2021-ci il üçün lazım olan 7 milyard dolların 6 milyardını toplaya bilib. Həmin məbləğ inkişafda olan və daha az imkanlı 92 ölkənin vaksinlərlə təminatı üçün nəzərdə tutulub.

Reuters agentliyi yazır ki, indiyədək Britaniya, Avropa İttifaqı, ABŞ, İsveçrə və İsrail kimi zəngin dövlətlər vaksin almaq növbəsində birinci olublar. Söhbət Pfizer, BioNTech, Moderna və AstraZeneca vaksinlərinin alınmasından gedir.

Hazırda bütün dünyada 88 milyon insanın yeni tip koronavirusa yoluxduğu, bunlardan 1.9 milyon nəfərinin öldüyü xəbər verilir. Son həftələrdə bir çox ölkələrdə koronavirusa yoluxma halları sıçrayışlı şəkildə artıb, amma xəstəliyə qarşı vaksinlərin istehsal sürəti hələ də kafi deyil. Azərbaycan da bu günlərdə koronavirusa qarşı kütləvi peyvəndləmə kampaniyasına başlamağa hazırlaşır. Azərbaycanın səhiyyə rəsmiləri Çinin “Sinovac” şirkətinin istehsalı olan vaksinlərin istifadə olunacağını bildirir. Bu pereparatlar Türkiyə şirkəti üzərindən sifariş verilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR