Nigar Aslanova "DAVAM" Gənclər Hərəkatına baş katib təyin olundu

13 yanvar, 2021 18:13

"Davam” Gənclər Hərəkatının sədrinin müvafiq əmri ilə Nigar Aslanova hərəkatın katibliyinə rəhbər - baş katib təyin edilib və katibliyin formalaşdırılması işi ona həvalə edilib.

Azsiyasət.com xəbər verir ki, Nigar Aslanova 19 avqust 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nizami rayonu Kamil Əyyubov adına 12 saylı tam orta məktəbdə, ali təhsilini isə 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin Roman-German filologiyası fakültəsində ingilis dili filologiyası ixtisası üzrə alıb. 

N.Aslanova ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini olaraq başlayıb. Universitet illərində "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun artırılması” Beynəlxalq Forumu, IV Dünya Gənclərinin Məşğulluq Sammiti və Azərbaycan Qılıncoynatma Federasiyasının ev sahibliyi etdiyi yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatında könüllü korpusuna rəhbərlik edib. 

Avropa Parlamentində təmsil olunan bütün siyasi partiya qruplarının katibliklərinin iştirak etdiyi Avropa Parlamenti Əhali və İnkişaf Forumunda Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi olub. 2012-2017-ci illərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışıb. 2015-2019-cu illərdə YAP Nəsimi rayon Gənclər Birliyinin sədr müavini olub. 10 oktyabr 2013-cü il Prezident seçkiləri, 23 dekabr 2014-cü il Bələdiyyə seçkiləri, 1 noyabr 2015-ci il Milli Məclisə seçkilər, 26 sentyabr 2016-cı il Ümumxalq səsverməsi və 9 fevral 2020-ci il Milli Məclisə seçkilər prosesində beynəlxalq müşahidəçilərin müşahidə missiyasının təşkilində aktiv rol alıb.

2017-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2018-2019-cu il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində sədr müavini vəzifəsində çalışıb. 2020-ci il noyabr-dekabr aylarında "Qaradağ Gənclər Evi” sosial xidmət müəssisəsində direktor vəzifəsini müvəqqəti icra edib.

N.Aslanova Türkiyə, Rusiya, Misir, İtaliya, Macarıstan, Hindistan, Moldova, Rumıniya və Malta kimi dünyanın müxtəlif ölkələrində sosial layihələrdə iştirak edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR