"Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR

14 yanvar, 2021 15:02

Ötən gündən etibarən sosial şəbəkələrdə Azərbaycanda Mərkəzi Bankın yeni tikiləcək inzibati binasının 218 milyon avroluq layihə qiyməti müzakirə olunur.

Azsiyasət.com xəbər verir ki, layihənin dəyəri barədə  inşaatı həyata keçirəcək “Tekfen İnşaat Şirkəti” məlumat  yayıb. Bildirilir ki, “Tekfen İnşaat” Azərbaycan Mərkəzi Bankının binasının mühəndislik, avadanlıq və material təmin etmə, açar təslimi işləri üçün elan edilmiş tenderi udub. Müqavilə ötən gün imzalanıb və müqavilənin dəyəri 218 milyon ( 450 min AZN) avrodur.

İnşaat şirkətinin rəhbəri Mustafa Kopuzun bildirdiyinə görə, binanın 36 ayda tamamlanması gözlənilir. Onun sözlərinə görə, Bina 67 981 kvadrat metrlik ərazidə 37 mərtəbədən ibarət şəkildə inşa ediləcək. Binanın hündürlüyü 168 metr olacaq. Sözügedən şirkət Azərbaycanda Bakı Olimpiya Stadionunu, “Socar Tower”ı da inşa edib.

Bu arada bildirək ki, müxtəlif vaxtlarda Azərbaycanda bir sıra dövlət qurumlarının özünə bahalı bina tikdirməsi problemi gündəmə gəlib. Bu qəbildən olan inzibati binalara “Azərsu” nun, SOCAR-ın tikdirdiyi binalar da daxil edilib. Belə ki, “Azərsu” nun yeni binası 120 milyon dollara, SOCAR-ın yeni binası 414 mln. 237,659 min dollara başa gəlib.

Bu həcmdə böyük vəsaitlərin inzibati binaların tikilməsinə sərf edilməsinin artıq xərc olması vurğulanıb. 

Prezident İlham Əliyev də  bu ilin yanvarın 6-da keçirdiyi müşavirədə çəkilən xərclərə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunub. Dövlət başçısı xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olunmalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi hallarda orada şişirtmələr də olur: “Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli mövzuyla bağlı qafqazinfo.az-a bildirib ki, Azərbaycanda dövlət qurumlarının inzibati binasının tikintisiylə bağlı əvvəllər neftin qiymətinin baha olduğu, çoxlu valyutanın gəldiyi vaxt qərara alınıb ki, şəhərin ümumi mənzərəsini dəyişdirmək məqsədilə Heydər ƏIiyev prospektində Nyu Yorkda, Londonda, Parisdə olduğu kimi biznes məhəllələr olsun:

“Buna görə də  Heydər Əliyev prospektində bir sıra inzibati binaların tikintisi üçün qərar verilmişdi. 2007-2008- ci illərdə bu trend başladı. Çünki o zaman neftin qiyməti 140-150 dollar arası idi. Azərbaycana büdcəsindən 3 dəfə artıq valyuta gəlirdi. Həmin təmir-tikinti işləriylə əlaqədar həm də iqtisadi aktivliyin formalaşdırılması yolu tutulmuşdu. Sonradan bu qərarlar o qədər məntiqsiz hal aldı ki, bu da insanlarda suallar yaratdı. Məsələn, “Azərsu”nun yeni binası 200 milyon manatdan yuxarı başa gəlib. Amma ölkənin bir çox yerlərində normal su təchizatı yoxdur. Bu zaman sual yaranır ki, inzibati binamı lazımdır, yoxsa yaxşı xidmət göstərməkmi? Belə halda artıq verilən qərarların rasional olmadığı üzə çıxır. Bundan başqa, dövlət qurumları o zaman özlərinə bina tikə bilərlər ki, onlar gəlirlə işləsin və bu halda mənfəətlərinin bir hissəsini özlərinin maddi-texniki təchizatının yaxşılaşdırılmasına xərcləyə bilərlər. Dövlət şirkətlərinin tamamına yaxını ziyanla işləyir. Buna görə də dövlətdən dotasiyalar alırlar. 

Bu yaxınlarda “Azərxalça” ilə bağlı hadisəni hamımız gördük. Eyni məsələ Mərkəzi Banka da aiddir. Mərkəzi Bank əlavə dəyər yaratmayan dövlət qurumudur. Sadə dillə desək, Mərkəzi Bank pul qazanmır. Pul qazanmadığı halda bu qədər böyük vəsaitə yeni binaya köçməyə nə ehtiyac yaranıb? Bunu Mərkəzi Bank bu günə kimi izah etməyib. 1998-ci ildə şəhərin mərkəzində Mərkəzi Bank üçün müasir bir bina tikilib. Mərkəzi Bankın işçi sayı o qədər çox deyil ki, o binaya yerləşməsin. Orada minlərlə yox, onlarla insan çalışır. Ona görə də yeni binanın tikintisinin iqtisadi əsaslandırılması olmalı idi. Bu əsaslandırmanı biz görmürük. İndiki dövrdə həm ölkənin gəlirlərinin azaldığı, həm də pandemiya şəraitində işğaldan azad edilmiş torpaqlara çoxlu vəsaitə ehtiyac duyulduğu zamanda öncədən alınmış qərarın ləğv edilməməsi, yenidən məsələnin gündəmə gəlməsi tamamilə məntiqsiz və irrasional bir yanaşmadır. Az qala yarım milyard manata yaxın vəsaitin xərclənməsiylə bağlı belə bir qərarın verilməsi yersizdir. Həmin vəsaiti əlavə iş yerləri yaratmağa, sosial problemlərin həllində istifadəyə sərf etmək olardı. Bu qədər xərc istiqamətləri varkən heç bir lüzum olmadan belə binanın tikintisinə qərar verilməsini iqtisadi və sosial məntiqlə izah etmək mümkün deyil”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI