KİVDF və "Azərxalça" ASC-də korrupsiya mexanizmi - Müşahidə Şuralarının üzvləri hara baxıb?

16 yanvar, 2021 15:44

"Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Vidadi Muradovun yeyinti faktlarına görə həbsi Azərbaycanda korporativ idarəetmə prinsiplərinin işləmədiyini, səlahiyyət bölgüsünün ən yaxşı halda deklorativ xarakter daşıdığını bir daha göstərdi".

Azsiyasət.com xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev korrupsiya cinayətlərinə görə vəzifəli şəxslərin həbs edilməsini dəyərələndirərkən bildirib.

Ekspert 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə iddiası ilə həbs edildiyini xatırladır: "Habuki hər üç dövlət qurumunun Müşahidə Şurası (MŞ) var və onun sədrin fəaliyyətinə nəzarət etmək öhdəliyi var. Ancaq baş verənlər göstərir ki, sədr vəzifəsini icra edən şəxs sərbəst şəkildə öz iradəsinə uyğun qərarlar verib. MŞ isə kənardan passiv müşahidə etməklə kifayətlənib".

S.Əliyev KİVDF-nin Nizamnaməsinə görə, MŞ-nin səlahiyyətlərini xatırladıb:

- "Fondun vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;

- Fondun İcraçı direktorunun təqdimatına əsasən Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinə, onun illik xərclər smetasının layihəsinə və balansına baxır;

- Fondun vəsaitindən istifadə edilməsi ilə bağlı Fondun İcraçı direktorunun illik hesabatlarına baxır və rəy verir və s.

Nizamnaməyə görə, Şura doqquz üzvdən ibarətdir. Onların 3 üzvü KİV-i, 3 üzvü jurnalist təşkilatlarını, 3 üzvü isə müvafiq dövlət orqanları təmsil edir. 

Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Deməli, Şuranın ildə ən azı 4 dəfə icraçı direktordan hesabat tələb etmək imkanı olub. Görünür hər şey formal xarakter daşıyıb".

Ekspertin sözlərinə görə, yeni yaradılmış Medianın İnkişafı Agentliyi korporativ idarəetmə prinsiplərinə əsasən qurulub.

"Söhbət kənar auditin MŞ tərəfindən seçilməsindən gedir. KİVDF-də auditi də icraçı direktor məyyənləşdirirdi. Agentliyin necə işlədiyini, korporativ idarəetmə prinsiplərinə nə dərəcədə riayət edəcəklərini isə zaman göstərəcək"-deyə Samir Əliyev vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR