Əhmədzadənin kadrları bir gündə milyonluq müqavilələr bağladı - Tender əməliyyatı

22 yanvar, 2021 11:29

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min 514 manatlıq olan müqavilə bağlayıb.

Azsiyasət.com xəbər verir ki, bu 5 müüqavilənin hamısı “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyətlə imzalanıb. 

Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə İdarə Şirkətə 279447.39 AZN, Elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 263401.88 AZN, Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 279447.39 AZN, Mexanizmlər, təkərli traktor və avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 197079.06 AZN, Təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması adlı tendeerə görə isə 266140.27 AZN ödəyəcək.

Bildirək ki, Salyan Suvarma Sistemləri İdarəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabedir. İdarəyə uzun illərdir Tahir Yusif oğlu Yusifov rəhbərlik edir. O, bölgədə “Dollar Tahir” ləqəbi ilə məhşurdur.

Axtarış portallarında T.Yusifovun adını axtarışa verərkən haqqında onlarla neqativ xəbərlər üzə çıxır. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi haqda məlumatlara rast gəlmək mümkündür. Milyonçu kimi təqdim olunan idarə rəisinin hazırkı icra başçısı Sevindik Hətəmovla hesablaşmadığı da qeyd edilir. “Salyan rayonuna icra başçısı təyin edilən Sevindik Yusifov ilk vaxtlar Tahir Yusifovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonradan Tahir Yusifov başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb” deyə xəbərlərin birində qeyd edilir.

Ümumiyyətlə, Azərbaycanda hazırda tenderlərin korrupsiya mənbəyi olması haqda ən yüksək səviyyələrdə dəfələrlə fikirlər səsləndirilib. Belə halda bir gündə 1.2 milyonluq 5 tenderi eyni şirkətin qazanması əlbəttə ki, şübhələrə yol açır.

Bəs “Sevinc 96” şirkəti kimə məxsusdur. Yenə də açıq mənbələrə müraciət edək. Mediada yayılan məlumatlara görə, "Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. 

İş adamının “İlkin N” adlı şirkəti də var və maraqlıdır ki, həmin şirkət də davamlı olaraq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan idarələrin tenderlərinin yenilməz qalibi olur. 

Q.Abbasov sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan "İlkin N”, "XXI-əsr”, "CSM Nix”, ”Sevinc 96”, "Nigar LTD”, "Halal İnşaat” və "A+B OİL Servis” MMC-ləri idarə edir. 

Daha bir maraqlı məqam ondan ibaarrətdir ki, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi, Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanasının elan etdiyi ümumilikdə 148 tenderi təkcə “İlkin-N” MMC adlı şirkət tərəfindən qazandığı bildirilir.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, “Sevinc 96” şirkəti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabe olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin də tenderlərini bir gün fərqlə qazanmağı bacarıb. Salyan Suvarma Sistemləri İdarəsi ilə bağlı informasiya dünən, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə bağlı məlumat isə bu gün dövlət satınalmaları portalına yerləşdirilib.

MMC Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin 3 tenderi üzrə 777 min 713 manatlıq müqavilə bağlanıb. Dövlət İdarəsi bağlanan müqavilələr üzrə şirkətə Mexanizmlərin ehtiyat hissələrinin satınalınmasına görə 278843.1 AZN, Nasos və mexaniki avadanlıqların ehtiyat hissələrinin satınalınmasına görə 289876.84 AZN, Təmir işləri üçün tikinti materiallarının satın alınmasına görə 208994.87 AZN ödəniş edəcək.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Məmməd oğlu İsmayılovdur. A. İsmayılov haqda da internet resurslarında neqativ xəbərlər “göydə uçuşur”. 

yenisabah.az

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI