Bakıda “Lotu Quli”nin adamlarının şok əməlləri - YENİ TƏFƏRRÜAT

22 yanvar, 2021 14:10

Bakıda adam oğurluğunda təqsirləndirilən Elvin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Azsiyasət.com teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Elvin Cəfərovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Elvin Cəfərov Bakıda adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin üzvü olub.

Mütəşəkkil dəstənin üzvləri bir neçə il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunsalar da, Elvin Cəfərov istintaqdan yayına bilib.

O, ötən il Rusiyada həbs olunaraq Azərbaycana gətirilib.

Elvin Cəfərovun üzv olduğu mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifova yaxın adam olub.

Qruplaşmanın bütün üzvləri - Rüfət Əmirov Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, Əli Hüseynli və İsmayıl İbrahimov hadisədən dərhal sonra - 2017-ci ilin iyulunda saxlanılıblar. Həmin ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onları müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Mütəşəkkil dəstəyə "qanuni oğru", kriminal aləmdə "Rafet Əlibayramlinski" ləqəbi ilə tanınan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirov rəhbərlik edib.

İstintaq sənədlərinə görə, Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə adam oğurluğu törətmək barədə qabaqcadan razılığa gəliblər. Onlar qrup halında Elşən Günəşovun oğurlanması barədə qrup üzvlərinə sifariş əldə ediblər.

Cinayətkar razılaşmaya əsasən qrupun üzvü Rüfət Əmirov 24 mart 2017-ci ildə Bakı şəhərində fəaliyyət göstərən “Baku Rent a Car 555” MMC-dən “Hyundai Elantra” markalı 10-PS-573 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb.

Bundan sonra martın 25-də Rüfət Əmirov icarəyə götürümüş həmin avtomobildə, digərləri isə “Hyundai Elantra” markalı 99-DM-018 dövlət qeydiyyat nişanlı avtomobillə qrupun üzvləri Elvin Cəfərov, Əli Hüseynli, və cinayətin naməlum iştirakçısı ilə oğurlamaq istədikləri Elşən Günəşovun yaşadığı Binəqədi rayonu, Binəqədi şosesi, döngə 4, dalan 02 ünvanının yaxınlığına gəliblər, onun evdən çıxmasını gözləyibər.

Həmin tarixdə saat 13 radələrində Elşən Günəşov yaşadığı evdən çıxıb və etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı 90-ZL-958 dövlət nömrə nişanlı avtomobillə Biləcəri qəsəbəsi, Binəqədi şosesi, 8 nömrəli ünvandakı “Rəvan” market qarşısına gəlib.

Mütəşəkkil dəstə üzvləri yol boyu arxadan onu müşahidə edib, həmin yerə çatdıqda Rafət Əmirov idarə etdiyi “Hundai Elantra” markalı 10-PS-573 dövlət qeydiyyat nişanlı avtomobillə heç bir üzürlü səbəb olmadan qəsdən Elşən Günəşovun idarə etdiyi dayanmış vəziyyətdə olan avtomobilin sol tərəfindən vuraraq sol qanad və sol qabaq qapısını zədələyib.

Rafət Əmirov bu hərəkətləri ilə Elşən Günəşova 1.100 manat maddi zərər vurub. Digər avtomobildə olan dəstə üzvləri Elşən Günəşovun idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkət imkanın məhdudlaşdırılar.

Bu zaman Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli, və cinayətin naməlum iştirakçısı avtomobillərdən yerə düşüb yumruq və təpiklə Elşən Günəşovun bədəninin müxtəlif nahiyələrinə vurmaqla, ona müxtəlif dərcəli bədən xəsarətləru yetiriblər. Dəstənin daha bir üzvü özündə olan bıçaqla Elşən Günəşovun sol bud və sol sağrı nahiyələrin kəsilmiş-deşilmiş yaraları yetirib.

Bunun davamı olaraq Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib , Elşən Günəşovun dəstə başçısının ünvanına işlətdiyi nalayiq ifadələrə görə cəzalandırmaq məqsədi ilə məcburi qaydada Rüfət Kərimovun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilin yük yerinə qoyub, iradəsinə zidd olaraq naməlum istiqamətdə aparıbkar.

Avtomobil qısa məsafə getdikdən sonra Elşən Günəşov avtomobilin yük yerinin qapısını içəridən açaraq oradan yerə düşüb. O, qaçmaq istəyərkən Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli və şəxsiyyəti istintaqa məlum olmayan şəxs yenidən onu tutub, yumruq və təpik zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən avtomobilin yük yerinə qoyublar.

Bu vaxt arxadan onları müşayiət edən Rafət Əmirov idarə etdiyi “Hyundai Elantra” markalı 10-PS-573 dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşüb və Rüfət Kərimovun “Hyundai Elantra” markalı avtomobilin sükanı arxasına əyləşib. Avtomobili hərəkətə gətirib və hadisə yerindən uzaqlaşmaq istəyərkən Elşən Günəşov yenidən avtomobilin yük yerini içəridən açaraq yerə düşməklə ətrafdakı insanları köməyə çağırıb.

Bu səbəbdən də Rüfət Əmirov, Rüfət Kərimov, Elvin Cəfərov, Əli Hüseynli və istintaqa şəxsiyyəti məlum olmayan şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyiblər.

Bundan başqa, Rafət Əmirov istintaqa məlum olmayan mənbədən “Makarov” konstruksiyalı tapançanı, döyüş sursatı hesab edilən yeddi ədəd zavod üsulu ilə istehsal edilmiş, “Makarov (PM)” və “Steçkin (APS)” konstruksiyalı tapançalarda atəş açmaq üçün nəzərdə tutulmuş 9x18 mm kalibrli atəşə yararlı patronları əldə edib, O, silah-sursatı üzərində saxlayaraq odlu silah olan tapançanı gəzdirməsi barədə daxil olan məlumat əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən 8 iyul 2017-ci ildə saat 20 radələrində Bakı-Ələt şosesinin Bakı şəhəri Qaradağ rayonu ərazisində olan “Azpetrol” yanacaq doldurma məntəqəsində saxlanılıb.

Rafət Əmirov Bakı şəhəri Nəsimi rayon polis İdarəsinə gətirilməklə, orada olan xidməti otaqların birində hal şahidlərinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın arxa bel nahiyəsindən qanunsuz əldə edib saxlayaraq daşıyıb gəzdirdiyi odlu silah hesab edilən “Makarov” tipli 9,0 mm kalibrli tapança, həmin tapançaya aid zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli 7 ədəd patron və 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq aşkar edilib.

Daha sonra mütəşəkkil dəstənin digər üzvləri həbs edilib.

Qeyd edək ki, “Lotu Quli” ötən ilin avqustun 19-da Türkiyənin Antaliya şəhərində qətlə yetirilib.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"