Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı
22 yanvar, 2021 16:29
AMEA-nın prezidenti Ramiz Mehdiyev akademik Yaqub Mahmudovu vəzifəsindən azad etdi.
Azsiyasət.com xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Qeyd olunub ki, akademik Ramiz Mehdiyev AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudovu tutduğu vəzifədən azad edib.
Sosial şəbəkədə yayılan bu məlumatı dəqiqləşdirmək üçün AMEA-nın mətbuat xidməti və akademik Y.Mahmudovla dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.