SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - Sədr Mikayıl Cabbarov oldu
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azsiyasət.com xəbər verir ki, sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.
Müşahidə Şurasının sədri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.