"Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan" adlı müsabiqənin qalibləri mükafatlandırılıb

24 yanvar, 2021 00:23

Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar və 9 Aprel hadisələri mövzusunda elan etdiyi “Müstəqilliyə aparan yol – Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsinə yekun vurulub.

Azsiyasət.com interpress.az-a istinadən xəbər verir ki, diplomatik nümayəndəlikdə müsabiqə qaliblərinin təltif olunma mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev müsabiqədə iştirak edənlərə təşəkkür edib. O, hər iki dövlətin müstəqilliyi yolunda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən danışıb:

“Hər iki hadisə Azərbaycan və Gürcüstanda milli kimliyin formalaşmasına zəmin yaradıb. Şəhidlərin qanları hesabına əldə olunmuş müstəqillik əbədi və dönməzdir”.

Mərasimdə iştirak edən Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili öz növbəsində müsabiqənin təşkilinə görə Azərbaycan səfirliyinə minnətdarlıq edib. Onun sözlərinə görə, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər və həmin qəhrəmanların xatirələri əziz tutulmalı və yaşadılmalıdır.

Müsabiqəyə hər iki nominasiya üzrə 52 iş təqdim olunub. İlk üç yeri tutan iştirakçılara diplom və hədiyyələr, müsabiqənin iştirakçılarının hamısına təşəkkürnamələr, fərqlənən işlərə görə isə sertifikatlar verilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR