"Rövnəq Abdullayev SOCAR-dan tamamilə uzaqlaşdırılacaq" - Ekspert vacib məqamları açıqladı

25 yanvar, 2021 14:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün yaradılan Müşahidə Şurasının SOCAR-ın əvvəlki fəaliyyətindən fərqləndirəcək cəhətləri çox maraqlıdır. Bundan sonra şirkətin idarəetmə mexanizminin necə qurulması, orada əsas rəhbər şəxsin kim olacağına dair suallar dolaşır.

Azsiyasət.com xəbər verir ki, bu barədə bakupost.az-ın suallarını cavablandıran banklar üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, iri şirkətlərdə yalnız icra orqanı olmalı deyil, həm də nəzarət orqanı olmalıdır:

“Şirkətlərdə idarəetmə sistemi ya birpilləli, ya da ikipilləli olur. Birpilləli idarəetmə məlumdur, şirkəti 1 nəfər rəhbər şəxs idarə edir. İkipilləli sistemdə isə icra orqanının üzərində Müşahidə Şurası, yaxud Direktorlar Şurası olur. Hazırda bizim banklarımızda, sığorta şirkətlərində həm icra, həm də nəzarət orqanı var. SOCAR isə bunlardan daha böyük şirkətdir, amma çox sadə idarəetmə sistemi ilə fəaliyyət göstərirdi, prezidenti var idi, vəssalam. Vitse-prezidentlər, işçilər – hamı ona tabedir. Bu da əlbəttə ki, idarəetməni nəzarətsiz qoyur, rəhbər şəxs şirkətdə istədiyini edə bilir. Belə olmalı deyil. Müşahidə Şurasının yaradılması ilə bağlı təkliflər çoxdan var idi. Bu isə o deməkdir ki, SOCAR ikipilləli idarəetmə sisteminə keçdi. Gələcəkdə ola bilər ki, icra orqanı olan şirkətin prezidenti orada olmasın, idarə heyəti olsun. Çünki bu sərəncamda Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri SOCAR-ın yeni nizamnaməsinin hazırlanmasıdır. Prezident Azərbaycan İnvestisiya Holdinqinə tapşırıq verib ki, 6 ay ərzində SOCAR-ın diaqnostikasını aparsın və ondan sonra 2 ay ərzində yeni nizamnaməsini qəbul etsin”.

Hüquqşünas qeyd etdi ki, SOCAR-ın əsas problemlərindən biri onun təşkilati-hüquqi formasının müəyyən edilməməsidir: 

“İstənilən hüquqi şəxsin təşkilati-hüquqi forması olmalıdır. Məhdud Məsuliyyətli Cəmiyyət, Səhmdar Cəmiyyəti, korporativ, ortaqlıq, yoxsa nə? Burda bunlar yoxdur. Bu, illər boyu davam edən anormal vəziyyət idi. SOCAR-ın statusu naməlumdur. Bu, böyük, o cümlədən beynəlxalq bazarlarda fəaliyyət göstərən şirkət üçün ciddi problemdir. Sərəncamda da bununla bağlı problem qalmaqdadır. Bəndlərdən birində yazılıb ki, Müşahidə Şurasının səlahiyyətləri kimi Mülki Məcəllədə göstərilən digər səlahiyyətlər... Bu Məcəllədə hər təşkilati-hüquqi forma üçün Müşahidə Şurasının ayrıca səlahiyyətləri var. Amma SOCAR-da bu, məlum deyil. Ümid edirəm ki, yeni nizamnamə bu məsələni də həll edəcək və SOCAR-ın statusu həll olunacaq”.

Ə.Həsənov əlavə etdi ki, bu cür dövlət şirkətlərində həmişə Müşahidə Şurasına hansısa iri dövlət məmuru sədrlik edir: 

“Amma aydın məsələdir ki, cari fəaliyyət yenə də icra orqanında qalacaq. Yəqin ki, əvvəl-axır Rövnəq Abdullayev SOCAR-dan gedəcək. Bu indiki vəziyyət üçün heç də prinsipial deyil. Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və üzvlər strateji nəzarəti həyata keçirəcək. Buna da əsasən kömək edən qurum Azərbaycan İnvestisiya Holdinqi olacaq. Xatırladım ki, Prezident ötən ilin noyabrda SOCAR-ı da Azərbaycan İnvestisiya Holdinqinə daxil edib. Həmin Holdinqə də strateji rəhbərlik Mikayıl Cabbarova aiddir. Yəni onsuz da artıq M.Cabbarovun nəzarətinə keçmişdi. Faktiki olaraq SOCAR üzərində nəzarət Azərbaycan İnvestisiya Holdinqində olacaq. Hesab edirəm ki, bu, düzgün verilmiş qərardır, çünki SOCAR Azərbaycanın ən iri dövlət şirkətidir və İqtisadiyyat Nazirliyinin tabeliyində olmalıdır. Bundan sonra SOCAR-ın fəaliyyəti səmərəli olacaq, orada şəffaflıq yaranacaq və gəlirləri artacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR