Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını təsdiqlədi
28 yanvar, 2021 13:17
Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
Azsiyasət.com xəbər verir ki, Müdafiə Nazirliyindən bununla bağlı APA-ya bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.
Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.