Azərbaycanda tütünün qiyməti niyə qalxır? - "Mən siqaret çəkməyi iki dəfə azaltmışam"

28 yanvar, 2021 16:08

“Siqaretin qitmətinin artırılmasında iki məqsəd var. Birinci təbii ki, insanların səhhəti üçün zərərlidir, ikincisi, büdcəyə kifayət qədər vəsait daxil olacaq”.

Azsiyasət.com bunu yenisabah.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bütün dünya ölkələrində siqaretin qiyməti süni formada aksiz və vergilərə görə kifayət qədər qaldırılıb. Burada da səbəb qeyd olunan amillər olub.

R.Quliyev bildirib ki, aksiz dərəcəsinin qaldırılması Azərbaycanda tütünçülüyün inkişafına da təsir edəcək: “Yerli istehsalçılar da bundan ağıllı istifadə etməlidirlər. 

Burada tək qiymətdən söhbət getmir, dünya ölkələrinin bir çoxunda siqaretin reklamı qadağandır, siqaret çəkilən yerlər məhdudlaşdırılıb, hər yerdə çəkmək olmaz. Mən özümdən misal çəkim, artıq siqaret çəkməyi iki dəfə azaltmışam, çünki çəkmək üçün müəyyən yer tapmalıyam, bu da ona gətirib çıxarır ki, siqaret çəkməyi avtomatik azaldırsan. Bu proses hər yerdə gedir”.

Millət vəkili bildirib ki, bu gün yerli istehsal 70-80 faizdən yuxarı təşkil edir:

“Burada mən iki məqama toxunmaq istəyirəm: yerli brendlərin daha da inkişaf etdirmək lazımdır. İstənilən məhsulda yerli brendin öndə getməyi daha çox iqtisadiyyata uyğundur. Düzdür, dünyaca məşhur brendlərin burada istehsalı da yerli istehsal sayılır, amma daxil olan vəsaitin bir qismi məhz ada görə həmin brendlərin sahibinə verilir. Bu gün dünya marketinqində  keyfiyyətdən çox brendin özünə üstünlük verilir. 

İkinci məsələ, Azərbaycanda  tütünçülüyün inkişafı ilə bağlı cənab Prezidentin tapşırığı var. Əfsuslar olsun ki, biz sürətlə tütünçülüyü inkişaf etdirə bilmirik. Sovet dövründə Azərbaycanda 60 min tona qədər tütün istehsal olunub, satılırdı. Bu gün isə bu  rəqəm kifayət qədər azdır. 

Tütünçülük zonalarında tütün əkib, həmin keyfiyyətli, ətirli tütündən istehsalda istifadə edə bilsək, xaricə sata bilərik, həm də 10 minlərlə fermer işlə təmin olunar. Bu biznesdən əvvəl sosial məsələdir və buna kifayət qədər diqqət ayrılır. Mən həmişə təklif etmişəm ki, əkib, becərib, quru tütünün alıcısını axtarmaqdansa, dünyada olan beş-altı transmilli şirkətləri çağırıb onlarla saziş bağlamaq daha yaxşı olar. Tütünü istehsal edib satmaq yox, əvvəlcədən həmin şirkətlərin istədiyi keyfiyyətdə tütün əkmək daha məntiqli olar. 

Bir məqamı da deyim ki, 16 il əvvəl biz dünya təcrübəsindən istifadə edərək siqaretin reklamını qadağan etdik. Bu qadağa daha çox dünyada tanınmış siqaret satıcılarının xeyrinə oldu. Yerli məhsulların isə tanınmaq imkanı olmadı. Reklamın qadağan olunmasının yerli istehsala fəsadı oldu. Amma dünyada məşhur siqaret markaları var və bu gün onların reklama ehtiyacı yoxdur. 

İnanıram ki, əgər  bu biznes düzgün formada qurulsa, istənilən qazancı götürmək olar. Nəzərə alsaq ki, Avropa ölkələrinin çoxunda tütün istehsalına qadağa var, artıq subsidiyalar ayrılmır və belə bir situasiyada bundan səmərəli şəkildə istifadə etmək mümkündür”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR