Dövlət Sərhəd Xidməti məhkəməyə verildi
30 yanvar, 2021 16:57
Azərbaycanda Sərhəd Təhlükəsizlik Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti göstərən şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.
“Palladium Defense and Security Solutions” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddia qaldırıb. Şirkət göstərilən xidmətlə bağlı imzalanan müqavilədə DSX-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edib.
Hazırda işə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılır.
Yanvarın 29-da hazırlıq iclası keçirilib, baxış iclası martın 1-nə təyin edilib.